Porsche avtomobil satışında rekord yeniləyib
İlin 6 ayı ərzində Porsche tərəfdən müştərilərə çatdırılan avtomobillərin sayı yenə artdıb
Bu ilin altı ayı ərzində müştərilərə 130598 avtomobil çatdırmaqla Porsche AG keçən ilin müvafiq rekord göstəricisini üç faiz üstləyib.
2018-ci ilin ilk yarım ilini şirkətin tarixində ən uğurlu yarım il olmuşdur. Ən böyük artım Panamera modelində müşahidə olunmuşdur: iyun ayının sonu üçün Porsche müştərilərə 20500 ədəd bu dörd qapılı idman avtomobili çatdırmışdır ki, bu da keçən ilin müvafiq dövründən demək olar ki, iki dəfə çoxdur.
911 modeli də iki rəqəmli artıma nail olub: 28 faiz artaraq 21400 ədədə çatıb. Yüksək göstəricilər siyahısı 46600 ədəd Macan və 28700 Cayenne ilə davam edir.
“Porsche idman avtomobillərinin 70 illik yubileyi ilində bizim simvolumuz olan 911 modelinin bu qədər artım göstərməsi bizi xüsusilə sevindirir,” – deyərək Porsche AG-nin İçraçı Şurasının satış və marketin üzrə cavabdeh üzvü olan Detlev fon Platen bildirmişdir. “Bu, bizim brendin nə qədər güclü və tələb olunan olduğunu göstərir.”
Yerli Almaniya bazarında 2018-ci ilin birinci yarısında Porsche 11 faiz, ümumi Avropa üzrə isə 9 faiz artım nümayiş etdirmişdir. 33.363 çatdırılmış avtomobil ilə ABŞ-nı da (29.421 avtomobil) qabaqlayan Çin Porsche üçün ən güclü müstəqil bazar olaraq qalır.
Çinə göndərilmiş avtomobillərin sayının 7 faiz azalması əsasən 1 iyul 2018-ci il tarixindən azalacağı gözlənilən idxal vergiləri ilə əlaqədar baş verib. Bu barədə qabaqcadan elan olunduğuna görə, müştərilərin çoxu alışı sonraya saxlayıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)









.jpg)








