Avropada işsizlik Mayda dəyişmədi
Mayda işsizlik, Avro Bölgəsində 8,4 faiz, Avropa Birliyində (AB) 7 faiz səviyyəsində olub və əvvəlki ayla müqayisədə dəyişməyib.
Avropa Statistika Ofisinin (Eurostat) məlumatlarına görə, 19 üzvlü Avro Bölgəsində işsizlik, bu ilin May ayında Aprel ayı ilə müqayisədə dəyişməyərək 8,4 faiz olub. Beləcə işsizlik, 2008-ci ilin Dekabr ayından bu yana görülən ən aşağı səviyyədə qalmağa davam edib.
28 üzvlü AB-də də Mayda aylıq müqayisədə dəyişməyən işsizlik 7% ilə 2008-ci ilin Avqust ayından bəri görülən ən aşağı səviyyədə qalıb.
AB-də işsizlərin sayı Mayda 17 milyon 207 min olub. Sözügedən rəqəmin 13 milyon 656 mini Avro Zonasında yer alıb. İşsizlərin sayı, bir əvvəlki ayla müqayisədə AB-də 154 min və Avro Bölgəsində 125 min azalıb.
İşsizlərin sayı, 2017-nin May ayı ilə müqayisədə isə AB-də 1 milyon 828 min və Avro Bölgəsində 1 milyon 252 min azalıb.
AB-də May ayında ən aşağı işsizlik 2,3 faiz ilə Çexiyada ölçülüb. Növbəti yeri 3,4% ilə Almaniya tutub.
Ən yüksək işsizlik isə 20,1 faiz ilə Yunanıstanda və 15,8 ilə İspaniyada qeydə alınıb.
Bir il əvvələ nisbətən Mayda AB-də işsizlik nisbəti bütün üzv ölkələrdə geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
19 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















