Rabitəbank 25 illik yubileyini qeyd edir!
(®) Təqvimin 30 iyun tarixində müstəqil Azərbaycanın ilk banklarından biri olan Rabitəbankın fəaliyyətə başlamasının 25-ci ildönümü tamamlanıb.
Rabitəbank bu yubiley yaşına uğurlu bir bank üçün vacib əhəmiyyət kəsb edən bütün istiqamətlərdə - həm təşkilati, həm də bank əməliyyatları baxımından yüksək nəticələrlə qədəm qoyub.
1993-cü il 30 iyun tarixində bank əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən lisenziya hüququnu əldə edən Rabitəbank keçdiyi bu 25 il ərzində hər zaman ölkənin iqtisadi inkişafına töhfə verməyi ilkin prioritetləri sırasına daxil edərək inkişaf etmiş və öz fəaliyyətini genişləndirməyə davam etmişdir.
25 illik yubileyinin astanasında ikən aktivlərinin həcminə görə ölkənin 30 bankı arasında 8-ci ən iri bank olaraq möhkəmlənən Rabitəbank bugün 25 filial və şöbədən ibarət xidmət mərkəzi ilə paytaxt Bakı ilə yanaşı Azərbaycanın 15 müxtəlif regionunda – Gəncə, Sumqayıt, Xaçmaz, Lənkəran, Naxçıvan, Şirvan, Quba, Qusar, Şəmkir, Şəki, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədidə təmsil olunur.
Hal-hazırda ölkə ərazisindəki ATM-lərinin sayını 63-ə, pos terminallarının sayını isə 300-ə qədər çatdırmış bankın müştərilərinə 700-dən çox professional kadr xidmət göstərməkdədir.
Fəaliyyətdə olduğu 25 il ərzində bütün müştəri və tərəfdaşları ilə qarşılıqlı məmnuniyyət prinsipi ilə çalışan Rabitəbank ölkədə əsasən kiçik, orta və iri bizneslərə dəstəyilə seçilsə də, fiziki şəxslərə təklif etdiyi məhsul və xidmətlərlə də hər zaman fərqlənmişdir.
Bu yubiley ilində bir çox yeniliklərə imza atmağı planlaşdıran Rabitəbank müxtəlif kampaniyalar, yeni məhsullar və bir-birindən əlverişli fürsətlərlə 2018-ci ili müştəriləri üçün xüsusilə yaddaqalan etməyi hədəfləyib.
Rabitəbank ötən illərdə əldə etdiyi nailiyyətlərdən ilhamlanaraq qarşıdan gələn dövrlərdə də uğurlarını davam etdirmək, müştəriləri operativ və keyfiyyətli, müasir dövrün tələblərinə uyğun bank xidmətləri ilə təmin etmək, sahibkarlığın maliyyə vəsaitlərinə tələbatını ödəməklə Azərbaycan iqtisadiyyatına daha böyük töhfələr vermək əzmindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
19 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















