Rusiyanın iqtisadi artım proqnozu aşağı salındı
Rusiyanın İqtisadi İnkişaf Nazirliyi, ölkənin 2018-ci il üçün iqtisadi artım proqnozunu 2,1%-dən 1,9%-ə endirib.
Nazirlikdən bildiriblər ki, Rusiya iqtisadiyyatına dair yenilənmiş makro-iqtisadi proqnozlar hökumətə təqdim edilib.
Yenilənmiş proqnozlara görə, artım proqnozu 2019-cu il üçün də 2,2%-dən 1,4%-ə endirilib.
İnflyasiyaya dair proqnoz isə 2018-ci il üçün 2,8%-dən 2,9%-ə, gələn il üçün inflyasiya proqnozu da 4%-dən 4,3%-ə yüksəldilib.
Ölkədəki əlavə dəyər vergisinin (ƏDV) 18%-dən 20%-ə qaldırılması səbəbindən, inflyasiyada 1,2 bəndlik əlavə artım baş verməsi gözlənir. Real gəlirlərin bu il 6,3 faiz artacağına dair proqnozda isə dəyişiklik edilməyib.
Rusiyada hökumət, büdcə üzərindəki təzyiqinin azaldılması məqsədilə, gələn ildən etibarən 2024-ə qədər ƏDV nisbətini 18%-dən 20%-ə qaldıracaq. Artacaq ƏDV nisbəti ilə gələcək 6 il ərzində 2 trilyon rublluq (təxminən 32 milyard dollar) əlavə gəlir təmin olunması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
14 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























