Kiçik və orta biznes vergidən azad ediləcək
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterlərinin yaradılması və inkişafı üçün stimullaşdırıcı tədbirlər görüləcək.
"Marja" xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin" fəaliyyətinin təmin edilməsi haqqında Fərmanda bildirilir.
İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə sahibkarlara, onların klaster şirkətlərinə, klaster iştirakçılarına vergi güzəştləri və onların vergidən azad edilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Fərmana əsasən KOB evləri, kiçik və orta biznesin inkişafı mərkəzlərinin, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin, kiçik və orta biznesin inkişafı fondları yaradılacaqdır.
Dövlət qurumları tərəfindən sahibkarlara xidmətlər kiçik və orta biznes evlərində (KOB evləri) göstəriləcəkdir. Həmçinin elektron formada vahid platforma -“e-KOB evi” yaradılacaqdır.
Vergilər Nazirliyi beynəlxalq təcrübəyə əsaslanmaqla, qanunvericilikdə nəzərdə tutulmuş təşkilati-hüquqi formaya uyğun olaraq “KOB klaster şirkəti”nin meyarlarını müəyyən etməli, kommersiya hüquqi şəxsi kimi qeydiyyata alınmış “KOB klaster şirkəti” reyestrinin yaradılmasını təmin etməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılmasını iki ay müddətində təmin etməlidir.
Klasterlər - eyni və ya bənzər sektorda fəaliyyət göstərən, əlaqəli və bir-birini tamamlayıcı fəaliyyət sahələrinin müəyyən coğrafi bölgədə yerləşməsi ilə meydana gələn, ümumi infrastruktur, texnologiya, vahid bazar, işçi qüvvəsi və xidmətləri paylaşaraq qarşılıqlı ticarət əlaqələrinin qurulması, kommunikasiya və qarşılıqlı dialoq imkanlarına malik olan sahibkarlıq subyektlərindən ibarət sistemlərdir.
Eyni zamanda, klasterlərdə kiçik və orta sahibkarlıq subyektləri arasında həm rəqabət, həm də əməkdaşlığın eyni anda təmin edilməsi nəzərdə tutulur. Klaster daxilində bənzər sahədə fəaliyyət göstərən sahibkarlar həm rəqabət edir, həm də eyni klasterdə birlikdə hərəkət edirlər. Burada sahibkarlıq subyektləri və digər iştirakçılar rəqabət üstünlüyü əldə edilməsi üçün müştərək hərəkət edirlər. Belə bir sistem çərçivəsində fəaliyyət göstərmələri kiçik və orta sahibkarlara rəqabət üstünlüyü qazandırır. Nəticə olaraq bu sistemin tətbiqi ilə sahibkarlıq subyektlərinin xərcləri aşağı düşür, marketinq imkanları genişlənir, məhsuldarlıq göstəriciləri yüksəlir, ixracları artır, araşdırma və inkişaf etdirmə qabiliyyətləri güclənir. Bu isə yeni məhsulların bazara çıxarılmasına, yeni şirkətlərin qurulmasına, məşğulluğun yüksəlməsinə, regionların inkişafına və infrastruktur xidmətlərinin təkmilləşməsinə səbəb olur.
Daha ətraflı: http://marja.az/news/26712
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 4 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
9 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
10 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
10 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib














.jpg)





