"BVF-nin beyni böyük, amma vicdanı balacadır"
Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi məruzəçisi Filip Alston, Beynəlxalq Valyuta Fondunun (BVF) xüsusilə inkişaf etməkdə olan ölkələrdəki siyasətinə reaksiya göstərərək, "BVF-nin beyni böyük, amma vicdanı balacadır",- deyib.
BMT-nin İfrat Yoxsulluqla Mübarizə və İnsan Haqları Üzrə Xüsusi Məruzəçisi Alston, BMT-nin Cenevrə Ofisində keçirdiyi mətbuat konfransında, ABŞ rəhbərliyini və BVF-ni tənqid edib.
ABŞ-ın Qərb dünyasında ən yüksək gəlir bərabərsizliyinə malik ölkə olduğunu vurğulayan Alston, ölkədə yanvar ayında qüvvəyə minmiş vergi güzəştlərinin gəlir bərabərsizliyinə daha da təkan verəcəyi barədə xəbərdarlıq edib.
Alston, ABŞ-da Nümayəndələr Palatasında keçirilən səsvermədə qəbul edilən vergi islahatı qanun layihəsinin, varlılarla kasıblar arasındakı uçurumu daha da genişləndirəcəyini vurğulayaraq, "2016 rəqəmlərinə görə, onsuz da ABŞ-da 40 milyon kasıb yaşayır. Bunların 18 milyonu da həddindən artıq yoxsulluq içində yaşayır",- deyib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
ABŞ-ın ifrat yoxsulluqla mübarizədə əsas strategiyasının, "yardıma möhtac kəslərə günahkar kimi rəftar etmək və damğalamaq" olduğunu bildirən Alston, dövlətdən yardım alanlara qarşı qaralama kampaniyası icra edildiyinə diqqəti çəkib.
QAÇQINLARA QARŞI MƏRHƏMƏTSİZLİK EDİLİR
Alston, ABŞ Prezidenti Donald Tramp rəhbərliyinin başlatdığı qaçaq miqrantlara qarşı "sərhəddə sıfır tolerantlıq" siyasətindən və minlərlə uşağın ailələrindən alınmasından böyük narahatlıq keçirdiyini söyləyib.
Miqrantların həbs edilməsinin və uşaqlara qarşı olan rəftarın "qəddar" bir addım olduğunu vurğulayan Alston, ABŞ-ın miqrantlara qarşı siyasətini "mərhəmətsizlik" kimi səciyyələndirib.
Alston, miqrantların istər qanuni, istər qeyri-qanuni yollarla ölkəyə girməsinin əhəmiyyəti olmadığını, hər kəsin bərabər insan hüquqlarına sahib olduğunu və ABŞ-ın siyasətinin səhv olduğunu vurğulayıb.
Beynəlxalq Valyuta Fondu ilə (BVF) bağlı bir suala cavab verən Alston, "BVF-nin beyni böyük, amma vicdanı balacadır. Məncə, BVF, təkcə ölkələrin cari kəsirinə baxır, siyasətlərin insanlar üzərindəki təsirlərinə baxmır" deyib.
Alston, BVF-nin xüsusilə inkişaf etməkdə olan ölkələrdəki siyasətini tənqid edərək, BVF-nin birlikdə çalışdığı ölkələrdə siyasətlərini insanlar üzərindəki nəticələrini düşünmədən apardığını vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
15 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)





.jpg)





