"Yaxın 12-18 ayda "Muğanbank"ın iflası gözlənmir"

S&P, Muğanbankın likvidlik göstəricilərinin yaxşılaşması ilə əlaqədar bankın reytinqini "В-/В"-yə yüksəltmişdir.
S&P: Muğanbank mümkün pisləşməyə müqavimət göstərə biləcək"
S&P Global Ratings beynəlxalq reytinq agentliyi “Muğanbank” ASC-nin uzunmüddətli və qısamüddətli kredit reytinqini "ССС+/С"-dən "В-/В"-yə artırmışdır.
"Marja" Agentliyin açıqlamasına istinadən xəbər verir ki, reytinqin proqnozu “Sabit”-dir.
“Fikrimizcə, 2017-ci ildə Muğanbankın cari və hesablaşma hesablarına korporativ fondlar cəlb etməklə likvidlik göstəricilərini yaxşılaşdırması, həmçinin, pərakəndə portfelinin satışı və amortizasiyasından əlavə likvidlik formalaşdırması bankın reytinq artımını şərtləndirən amildir”, - agentliyin məlumatında bildirilir.
31 dekabr 2017-ci il tarixinə olan vəziyyətə bankın geniş likvid aktivləri (istifadə hüququ məhdud olan pul vəsaitləri istisna olmaqla) əvvəlki ilin göstəricisindən (11 milyon manat) 63 milyon manatadək (təqribən $37 mln.) artmışdır və hal-hazırda bankın cəmi müştəri depozitlərinin təxminən 25%-ni əhatə edir.
Bundan əlavə, agentliyin məlumatına əsasən, bankın demək olar ki, bütün fondlaşma və likvidlik əmsalları yaxşılaşmış və hal-hazırda likvidlik göstəriciləri “adekvat” qiymətləndirilən regionun analoji banklarının göstəriciləri ilə müqayisəyə gələndir.
Muğanbankın Mərkəzi bankdan cəlb olunan fondlardan asıllığı azalaraq, əvvəlki ilin göstəricisi (15%) ilə müqayisədə 5%-dək kiçilmişdir. Bununla bağlı S&P-də hesab edirlər ki, bank, müştəri depozitlərinin bankdan axını ilə əlaqədar əməliyyat şərtlərinin mümkün pisləşməsinə qarşı əvvəlki ilə nisbətən böyük dərəcədə müqavimət göstərə biləcək. “Bankın likvidlik göstəriciləri ilə bağlı verdiyimiz qiyməti “orta”-dan “adekvat”-a dəyişdik. İndi, bu göstərici, neytral reytinq faktorudur”, - agentliyin məlumatında qeyd edilir.
Agentliyin qiymətləndirmələrinə əsasən, Muğanbankın kapitallaşma göstəriciləri yüksək deyil. Bunun təsdiqi kimi, 2017-ci ilin sonuna olan vəziyyətə 5% təşkil edən Risklər nəzərə alınaraq yenidən hesablanan kapital əmsalı (risk-adjusted capital - RAC) qeyd olunur. Eyni zamanda, agentliyin proqnozuna əsasən, kapitallaşma göstəriciləri daha da pisləşəcək və yaxın 12-18 ay ərzində təqribən 3,5-3,9% təşkil edəcəkdir. “Fikrimizcə, buna səbəb Muğanbankın 2019-cu ilin sonunadək ötən iki ilə nisbətən az da olsa xalis zərər nümayiş etdirəcəyidir. Biz, kreditlər üzrə zərərin həcminin kredit portfelinin təxminən 2,3-2,5% səviyyəsində sabitləşəcəyini gözləyirik. Eyni zamanda, korporativ və ipoteka kreditləri kimi aşağı marjalı məhsulların payının artması və Azərbaycanın daha iri bankları tərəfindən rəqabətin davam etməsi səbəbindən xalis faiz marjasının pisləşməyə davam edəcəyini, bankın gəlirləri və rentabelliyinə mənfi təsir edəcəyini proqnozlaşdırırıq”, - məqalədə qeyd olunur.
Buna baxmayaraq, agentlik, Muğanbankın minimum normativ əmsaldan yuxarı olan kapital ehtiyatının 31 mart 2018-ci il tarixinə olan vəziyyətə 300 bazis punktunu keçdiyini qeyd edərək, növbəti 18 ay müddətində 200 bazis punktundan yuxarı qalacağını proqnozlaşdırır.
“2015-2016-cı illərdə müşahidə olunan iqtisadi azalmadan sonra Muğanbankın rentabelliyinin digər Azərbaycan banklarına nisbətən daha az templə bərpa olunduğunu qeyd edirik və artımını dəstəkləmək üçün bankın əlavə kapital formalaşdıra biləcəyini gözləmirik ”, - məlumatda bildirilir.
Bundan əlavə, agentliyin analitikləri hesab edirlər ki, Muğanbankın müştəri bazası volatil olaraq qalır və bu da 2016-cı ildə bankdan müştəri depozitlərinin əhəmiyyətli dərəcədə çıxarılmasının səbəblərindən biridir. Bununla əlaqədar, bankın biznes mövqeyi son iki il ərzində ümumilikdə pisləşərək reytinqlərə mənfi təsir göstərməyə davam edir.
“Muğanbankın biznes modelinin zəif tərəfləri müəyyən dərəcədə bankın səhmdarının dəstəyi ilə kompensasiya olunur. Son iki il ərzində səhmdar tərəfindən 35 mln. manat (təxminən $21) məbləğində kapital inyeksiyası həyata keçirilmişdir. Bank, bu il 10-15 milyon həcmində əlavə vəsaitlər əldə edə bilər. Lakin, bu dəstəyi proqnozumuzda nəzərə alımırıq. Çünki, hansı müddətə və hansı mənbələrdən cəlb olunacağı, fikrimizcə, qeyri-müəyyən olaraq qalır”, - məqalədə qeyd olunur.
2017-ci ildə kreditlər üzrə zərərin həcmi Muğanbankın ümumi kredit portfelinin 5,4%-dək azalsa da, agentliyin bank sektoru üzrə qiymətləndirdiyi orta göstəricilərdən yuxarı səviyyədə qalmaqdadır. Bununla yanaşı, bankın problemli akitvlərinin həcmi kredit portfelinin 19,5%-ni təşkil edir ki, bu da ümumilikdə sektor üzrə orta göstəricilərə uyğundur. “Azərbaycan iqtisadiyyatının hal-hazırda nəzərə çarpan bərpasını nəzərə alaraq, kreditlər üzrə yeni zərərlərin bankın ümumi portfelinin 250 b.p. səviyyəsində sabitləşəcəyini proqnozlaşdırırıq. Bundan əlavə, güman edirik ki, bankın öz istiqamətini təminatsız pərakəndə kreditlərin verilişindən ipoteka və korporativ kreditlərin verilişinə dəyişdirməsi aktivlərinin keyfiyyətinin artmasına, eləcə də kreditlər üzrə zərərin azalmasına kömək edəcəkdir. Lakin, yığılmış problemli borcların tənzimlənməsi müəyyən vaxt alacaq və problemli aktivlərin göstəricisi 2019-cu ilin sonunadək 15%-dən yuxarı qalacaqdır ”, - agentlik bildirir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
S&P hesab edir ki, maliyyə öhdəliklərini yerinə yetirmək üçün Muğanbank daha ölkədəki əlverişli biznes, maliyyə və iqtisadi şərtlərdən asılı deyildir. Agentlik, yaxın 12-18 ay ərzində defolt ssenariləri proqnozlaşdırmır. Bunu, bankın yetərli likvidlik və kapital ehtiyatına malik olması, kreditlər üzrə zərərin aşağı düşməsi və Azərbaycanda iqtisadi vəziyyətin sabitləşməsi ilə əsaslandırır.
Muğanbankın reytinqlərinə dair “Sabit” proqnozu, agentliyin, bankın yetərli likvidlik buferinə malik olması, kreditlər üzrə zərərin aşağı düşməsi və Azərbaycanın bank sektorunda iqtisadi risklərin sabitləşməsi ilə əlaqədar bankın kredit portfelinin yaxın 12-18 ay ərzində nisbətən dəyişməz qalacağı fikrini əks etdirir.
S&P, müştəri vəsaitlərinin volatilliyinin artacağı və likvidlik göstəricilərinə təsir edəcəyi təqdirdə, yaxın 12 ay ərzində Muğanbankın reytinqini aşağı sala bilər. “Bundan başqa, problemli kreditlərin həcminin artması və məbləği sektor üzrə orta göstəriciləri keçən yüksək kredit zərəri fonunda bankın aktivlərinin keyfiyyətinin pisləşəcəyi təqdirdə, mənfi reytinq müəyyənləşdirə bilərik. Mənfi reytinqin digər bir səbəbi, biznesin bankın səhmdarı tərəfindən müvafiq kapital inyeksiyası ilə dəstəklənməyəcək və bankın kapital adekvatlığı göstəricisinə təzyiq göstərəcək aqressiv artımı ola bilər”, - məlumatda qeyd olunur.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
“Hal-hazırkı qiymətləndirmə üfüqündə müsbət reytinq ağlabatan deyil. Lakin, bankın rentabelliyində əhəmiyyətli artım, habelə kreditlər üzrə zərər və problemli aktivlərin həcmində mühüm azalma nümayiş etdirəcəyi təqdirdə, müsbət reytinqin mümkünlüyünü nəzərdən keçirə bilərik”, - məqalədə qeyd olunur.
Muğanbank 1992-ci ilin noyabr ayında yaradılmışdır və Azərbaycan banklarının birinci 15-liyinə daxildir. Bankın səhmdarları 4 fiziki şəxsdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 d. əvvəl
“Azərbaycan Dəmir Yolları” ixtisarlarla bağlı xəbərlərə aydınlıq gətirdi
-
16 d. əvvəl
AccessBank-dan “Sərbəst depozit”: Yüksək gəlir və tam sərbəstlik!
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
32 d. əvvəl
“Eurolux” mağazalar şəbəkəsinin rəhbəri dələduzluqla üzləşib
-
51 d. əvvəl
"Sahil" metrostansiyasının yaxınlığında yeni stansiya inşa ediləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın mühəndislik şirkəti 10 milyon manatdan çox xalis mənfəət əldə edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
AYİB: ABŞ tarifləri Azərbaycanda ən çox alüminium ixracına təsir edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qismən İT sistemlərini “Hökumət buludu”na köçürüb
-
2 saat əvvəl
Avropa Bankı Azərbaycan iqtisadiyyatı barədə proqnozunu dəyişdi - İQTİSADİ ARTIM YAVAŞLAYACAQ
Son Xəbərlər

AccessBank-dan “Sərbəst depozit”: Yüksək gəlir və tam sərbəstlik!

“Eurolux” mağazalar şəbəkəsinin rəhbəri dələduzluqla üzləşib

"Sahil" metrostansiyasının yaxınlığında yeni stansiya inşa ediləcək

"Port Baku"nun yanında metro stansiyası olacaq

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti 72 dolları keçib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qismən İT sistemlərini “Hökumət buludu”na köçürüb
Ən çox oxunanlar

Avropa Bankı Azərbaycan iqtisadiyyatı barədə proqnozunu dəyişdi - İQTİSADİ ARTIM YAVAŞLAYACAQ

Bakı metrosunun Müşahidə Şurasının üzvlərinin sayı artırılıb

BYD Avropada Tesla-nı ardıcıl ikinci aydır geridə qoyur

Çinin avtomobil istehsalçısı Chery birjaya daxil oldu - SƏHMLƏRİ AÇILIŞDA BAHALAŞDI

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Tramp: "Necə gedir işlər? Yaxşıdır? Atışma yoxdur?"
