Azərbaycanın OPEC iclası üçün mövqeyi məlum oldu
Energetika naziri Pərviz Şahbazov "Dünyada neft ehtiyatlarının həcminin azalmasını nəzərə almalıyıq" deyərək hasilat kvotalarının artırılmasının tərəfdarı olduğuna işarə edib.
OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Vyana görüşündə neft hasilatının səviyyəsi ilə bağlı müzakirələr aparılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ötən dövrdəki vəziyyətlə indiki vəziyyət arasında fərq var. Ümumi neft ehtiyatlarında son zamanlar kəskin azalma baş verib. Gələcəkdə kəskin vəziyyətin yaranmaması, bu sahədə böhranın olmaması üçün işlər görülməlidir. Bütün bunları nəzərə alaraq çox güman ki, rejimin yumşalmasına həsr olunan müzakirələr olacaq. Nəticəsi isə OPEC+ formatında öz əksini tapacaq.
Nazir qeyd edib ki, ötən dövr ərzində OPEC+ formatında əməkdaşlıq məhsuldar olub. Əməkdaşlıq nəticəsində beynəlxalq səviyyədə neft qiymətləri sabitləşib. Vyanda ötən dövr ərzində əldə olunan nəticələr dərindən təhlil və müzakirə ediləcək və vəziyyətin gələcəkdə də bu cür idarə edilməsi ilə bağlı növbəti addımlar atılacaq.
Qeyd edək ki, energetika naziri Pərviz Şahbazov OPEC-in baş katibi Məhəmməd Barkindonun dəvəti ilə iyunun 21-23-də Avstriyanın paytaxtı Vyanada səfərdə olacaq. Nazir Vyanada OPEC-in “Neft - dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda keçiriləcək 7-ci beynəlxalq seminarında, OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 9-cu iclasında və OPEC Nazirlər Şurasının iyunun 174-cü iclası çərçivəsində OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclasında iştirak edəcək.
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 7 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
13 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
13 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
14 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib







.jpg)







.jpg)




