7 bankda 100 milyon manatdan çoxdur, 10 bankda azalıb
Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin balans kapitalı 100 milyon manatdan çoxdur.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 095,444 milyon manat), "PAŞA Bank" (409,121 milyon manat), "Xalq Bank" (266,844 milyon manat), "Kapital Bank" 251,778 milyon manat), "Atabank" (147,159 milyon manat), "Express Bank" (144,687 milyon manat) və "Bank Silk Vey"dir (129,526 milyon manat).
Qalan 23 bankdan 18-də balans kapitalı 50-100 milyon manat arasında, 5 bankda isə balans kapitalı 10-50 milyon manat arasındadır.
10 bankın balans kapitalı azalıb
Bu il aprelin 1-nə olan vəziyyətə görə, "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) istisna olmaqla ölkədə fəaliyyət göstərən 30 bankdan 10-nun balans kapitalı illik müqayisədə azalıb.
Bunlar "Express Bank", Pakistan Milli Bankının Bakı filialı, "Azər-Türk Bank", "PAŞA Bank", "Access Bank", "AFB Bank", "AGBank", "Kapital Bank", "Amrah Bank" və "Bank of Baku"dur. Ən çox azalma "Bank of Baku"da (41,9%), ən az azalma isə "Express Bank"da (0,2%) qeydə alınıb.
19 bank isə balans kapitalını artıra bilib. Ən yüksək dinamika "Nikoyl Bank"da (2,4 dəfə), ən aşağı dinamika isə "Unibank"da (cüzi) baş verib.
ABB balans kapitalının dinamikasını açıqlamayb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
42 d. əvvəl
Azərbaycan bazarına da nəzarət edən Coca-Cola şirkəti dividend ödənişinə hazırlaşır
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan bazarına da nəzarət edən Coca-Cola şirkəti dividend ödənişinə hazırlaşır
Hind rupisinə zərbə: Tarixi minimumda
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
Ən çox oxunanlar
“PAŞA Həyat Sığorta”da yeni təyinat
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Rəsmi məzənnələr açıqlandı



























