Apreldə nəqliyyat və rabitə sektoruna böyük məbləğdə kredit verilib
Aprel ayında Azərbaycanda bankların müştərilərə verdiyi kreditlərin artdığı açıqlanıb. Əvvəlki aylar kreditlər azalırdı.
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, Apreldə müştərilərə verilmiş kreditlər 152,3 milyon manat artaraq 11 milyard 815.8 milyon manata çatıb. Artımın əsas səbəbi bir ayda nəqliyyat və rabitə sektoruna verilmiş kreditlərin 111,9 milyon manat artması olmuşdur.
Belə ki, Aprel ayında,
-Ticarət və xidmət sektoruna verilən kreditlər 11,7 milyon manat azalaraq 1 milyard 991.8 milyon manata geriləyib,
-Energetika, kimya və təbii ehtiyatlar sektoruna verilən kreditlər 3 milyon manat azalaraq 308,7 milyon manata geriləyib,
-İnşaat və əmlak sektoruna verilən kreditlər 14,1 milyon manat azalaraq 515.3 milyon manata düşüb,
-Kənd təsərrüfatı və emala verilən kreditlər 4,7 milyon manat artaraq 455.9 milyon manata yüksəlib,
-Sənaye və istehsal sektoruna verilən kreditlər 21,1 milyon manat artaraq 675.2 milyon manata yüksəlib,
-Nəqliyyat və rabitəyə verilən kreditlər 111,9 milyon manat artaraq 1 milyard 104.8 milyon manata yüksəlib,
-Ev təsərrüfatlarına verilən kreditlər (əsasən istehlak kreditləri) 54,3 milyon manat artaraq 4 milyard 689.4 milyon manata yüksəlib,
-İctimai təşkilatlara verilmiş kreditlər 200 min manat azalaraq 9.8 milyon manaya düşüb,
-Hökumət idarələrinə verilmiş kreditlər 100 min manat azalaraq 900 min manata düşüb,
-Digər sektorlara verilmiş kreditlər 0,8 milyon manat artaraq 149.4 milyon manata yüksəlib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
6 saat əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
11 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
12 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi





















