Dövlət büdcəsinə 2,5 milyard manat artıq vergi ödənilib
2018-ci il yanvarın 1-nə dövlət büdcəsinə vergi borcları 1 mlrd. 63 mln. 436,8 min manat təşkil edir və 2017-ci ildə 25,9% azalıb.
Hesablama Palatasının 2017-ci il dövlət büdcəsinin icrası ilə bağlı materiallarına əsasən 2018-ci il yanvarın 1-nə vergi borclarının strukturunda 843 mln. 610,4 min manat (2017-ci ildə azalma 2%) əsas borcun payına düşür.
1 yanvar tarixinə maliyyə sanksiyaları ilə əlaqədar borcun məbləği 145 mln. 853,1 min manat (azalma 24,4%, cərimələr üzrə isə 73 mln. 973,3 min manat (azalma 80%) təşkil edir.
Ötən il dövlət şirkətlərinin əsas borcu 154 mln. 866,6 min manatadək, özəl şirkətlərin əsas borcu 676 mln. 287,8 min manatadək azalıb.
Neft sektorunda fəaliyyət göstərən şirkətlərin vergi borcu 3,1%, qeyri-neft sektorunda fəaliyyət göstərən şirkətlərin vergi borcu isə 96,9% təşkil edir.
Hesablama Palatasının materiallarında qeyd olunur ki, yanvarın 1-nə vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 2 mlrd. 544 mln. 887,4 min manat artıq vergi ödənilib ki, bu da vergi ödəyicilərinin dövlət büdcəsinə olan vergi borcundan 2,4 dəfə çoxdur.
Vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə artıq ödənilmiş vəsaitlərin 50,3%-i özəl sektorun, 20,3%-i dövlət şirkətlərinin, 19,7%-i xarici şirkətlərin, 9,7%-i birgə şirkətlərin payına düşür. Bu vəsaitlərin 9,4%-i neft sektorunda fəaliyyət göstərən şirkətlər tərəfindən ödənilib.
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)










.jpg)





