Mənzilinə icbari sığortanı almayanların məsuliyyətə cəlb edilməsi yolları axtarılır
“Təəssüf ki, daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanma aşağıdır. Bizim hesablamalarımıza görə, təkcə bu növ üzrə təxminən 300 milyon manat sığorta haqları toplana bilər. Amma hazırda bu məbləğin 7-8%-i toplanır”.
Bunu “Marja”ya Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli bildirib.
Onun sözlərinə görə, nəzərdə tutulan bir neçə tədbirlər ilə daşınmaz əmlakın icbari sığortası üzrə yığımların artırılması planlaşdırılır:
“Baş Dövlət Yol Polisinin bazası ilə İcbari Sığorta Bürosunun bazası əlaqələndirildikdən sonra Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqlarının toplanması maksimuma yaxındır. Çünki yol polisi avtomobil sahibinin icbari sığortasının olub-olmadığını öyərən bilir və sığorta olmadıqda sürücünü cərimələyir.
Biz çalışırıq ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bazası İcbari Sığorta Bürosunun bazası ilə əlaqələndirilsin. İnteqrasiya olduqdan sonra yığımların 5-10% artacağını gözləyirik.
Bundan başqa, problemlərdən biri müqavilələrin elektron formada olmamasıdır. Biz bununla da bağlı işlər aparırıq. Çalışırıq ki, tezliklə kağız müqavilələrdən elektron müqavilələrə keçid olsun. İcbari Sığorta Bürosu tərəfindən qanunvericiliyə dəyişikliklər hazırlanıb”.
ASA-nın sədri vurğuladı ki, daşınmaz əmlakın icbari sığortasında yüksək nəticələrə nail olmaq çətindir. Avtomobillərdə olduğu kimi, əmlak sahiblərinin cərimələnməsi mexanizmi yoxdur:
“Bununla bağlı müəyyən araşdırmalar aparırıq. Qanunvericilikdə nəzərdə tutulub ki, daşınmaz əmlakın icbari sığortasına yeri icra nümayəndəlikləri nəzarət etməlidirlər. Amma bunun işləmə mexanizm yoxdur. Biz çalışırıq ki, bu istiqamətdə də təkliflərimizi hazırlayaq.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə istənilən əməliyyat üçün müraciət edilən zaman sığortanın məcburi tələb edilməsini təklif edirik. Statistikaya görə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə il ərzində 400-500 min civarında müraciət olur.Bu müraciətlərin bir hissəsi də təkrar müraciətdir. Biz başa düşürük ki, bu tələbin də tətbiqi ilə 100% nəticəyə nail ola bilməyəcəyik. Lakin bu addımların hər biri toplanan sığorta haqlarının 5-10% artmasına səbəb olacaqdır”.
İLLİK SIĞORTA HAQQI 30-50 MANATDIR
Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.Bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.
-Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 50 manat, təminat məbləği 25.000 manat, azadolma məbləği 250 manat;
-Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 40 manat, təminat məbləği 20.000 manat, azadolma məbləği 200 manat;
-digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 30 manat, təminat məbləği 15.000 manat, azadolma məbləği 150 manat təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 22 d. əvvəl
-
- 34 d. əvvəl
-
1 saat əvvəl
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
-
1 saat əvvəl
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
-
1 saat əvvəl
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Prezident İlham Əliyev məişət tullantıları daşıyan texnikalarla tanış olub
-
3 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
Qlobal bankdan Hörmüz boğazı ssenariləri
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Həyat sığortası üzrə ödənişlər 40%-ə yaxın artıb
Fevralda BYD-nin avtomobil ixracı 50%-dən çox artıb - HƏR AY XARİCƏ 100 MİNDƏN ÇOX AVTOMOBİL GÖNDƏRİR
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
Rəsmi məzənnələr açıqlandı
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq























