Sığorta şirkəti və vətəndaşı barışdıracaq şirkətin adı məlum oldu
Sığorta mübahisələrinin məhkəmədən kənar həllini həyata keçirəcək mediasiya şirkətinin (mediator) adı açıqlanıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli “Marja”ya bildirib ki, bu ARBME şirkətidir:
“Sığorta mübahisələrinin məhkəmədən kənar həllinə nail olmaq üçün ARBME hüquq şirkəti seçilib. Bu şirkət Dünya Bankının bir layihəsi üzrə Azərbaycanda mediasiya işini görür. Həmçinin “Mediasiya haqqında” qanun layihəsinin hazırlanması ilə məşğul olur. Biz də bu şirkət ilə ünsiyyətə girdik və dəvət etdik. Assosiasiya olaraq daha çox arbitirajın tətbiq edilməsini düşünürdük. Ancaq məlum oldu ki, dünya təcrübəsində sığorta mübahisələrinin həllində mediasiyadan daha çox istifadə edilir”.
MÜBAHİSƏ 30 GÜNƏDƏK HƏLL EDİLƏ BİLİR
Mediasiya ilə sığorta mübahisələrinin 1-30 gün müddətində məhkəməyəqədər həll edilməsi nəzərdə tutulur: “Sadə mübahisələr 1 gün ərzində, ən mürəkkəb mübahisələr isə 30 günədək həll ediləcək”.
Mustafa Abbasbəyli qeyd etdi ki, 2018-ci ilin sonunadək “Mediasiya haqqında” qanunun qəbul edilməsi gözlənilir. Lakin qanun qəbul edilənədək mediasiyanı könüllü tətbiq etmək mümkündür. “Biz istəyirik ki, mediasiyanın könüllü şəkildə tətbiqi yavaş-yavaş başlasın”.
Mediator şirkətə xidmət haqqının böyük hissəsi sığorta şirkəti, az hissəsi isə sığortalı tərəfindən ödəniləcəkdir. “Dünya təcrübəsinə görə, hər mübahisə üçün müraciət edilməməsi üçün sığortalı da xidmət haqqının az bir hissəsini ödəməlidir”.
Mexanizmə görə, mediatorun əvvəlcə hər iki tərəflə - sığortalı və sığortaçı ilə birlikdə, sonra isə onlarla ayrılıqda görüşünü nəzərdə tutur. Tərəflərlə birlikdə yenidən görüş keçirilməsi və razılaşma əldə edildiyi təqdirdə “Barışıq sazişi” bağlanacaqdır.
Mustafa Abbasbəyli qeyd etdi ki, mediasiya vətəndaşlar üçün faydalıdır: "Belə ki, onların hüquqları məhkəməyəqədər qorunacaqdır. Həyata keçirilən layihənin məqsədi sığortaçı-sığortalı konfliktlərini məhkəməyə qədər həll etmə mədəniyyətini insanlara aşılamaqdır. Əlbəttə, söhbət konfliktin əsəbsiz, rahatlıqla, tərəflərin şəxsiyyətinə yüksək hörmət və ehtiram göstərilməsi yolu, qarşılıqlı razılaşma əsasında həllindən gedir".
ARBME mübahisələrin alternativ həlli xidmətləri göstərən müstəqil şirkətdir. ARBME Mübahisələrin Həlli mərkəzini təsis edilmişdir.
NİYƏ MEDİASİYA?
Bu suala ARBME şirkətinin saytında belə cavab verilir: Mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur. Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə digər tərəfin mövqeyi barədə daha çox məlumat qazanmaqla, öz mövqeyini yenidən qiymətləndirir və barışmaq imkanlarını araşdırır. Tərəflərin vicdanla yanaşdıqları və mübahisəni həll etməkdə maraqlı olduqları mediasiya proseslərində tərəflərin mübahisəni həll etmələri ehtimalı 85%-dən yüksəkdir. Mediasiyanın belə uğurlu olmasının əsas səbəbləri aşağıdakılardır:
Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə həm özlərinin, həm də qarşı tərəfin mövqeyini yenidən qiymətləndirmək imkanı əldə edirlər. Bu zaman tərəflər qarşı tərəfin sübutları və hüquqi əsasları ilə tanış olur, məhkəmə prosesinin gedişatı və nəticəsi barədə daha aydın mənzərə qazanırlar.
Mediator (vasitəçi) tərəflər arasındakı münasibətlərin kəskinləşməsinin və tərəflərin mövqelərinin uzaqlaşmasının qarşısını alır. Belə ki, tərəflər vasitəçinin iştirakı olmadan mübahisəni həll etmək istədikdə, öz mövqelərini, inam görüntülərini və simalarını qorumaq üçün güzəştlərə getmirlər və müəyyən hallarda sadəcə olaraq daha aqressiv mövqe sərgiləyirlər. Qeyd edilən problemlərin qarşısının alınması isə mediatorun əsas funksiyalarındandır.
Tərəflər mediasiya zamanı mübahisənin həllini üçüncü şəxsə etibar etmir, tam əksinə mübahisənin həllini öz əllərində saxlayırlar. Bu zaman hər hansı üçüncü şəxsin (məsələn, hakim və ya arbitrın) səhv qərar qəbul etmək ehtimalı azalır. Həmçinin, tərəflər öz müqəddəratını özləri müəyyən edirlər.
Mediasiya prosesi məhkəmə və arbitrajdan fərqli olaraq, daha qısa müddətdə (adətən, bir gün ərzində) baş verir. Bu isə tərəflərin xərclərinə və vaxtlarına qənaət edir. Əlavə olaraq, məhkəmə və arbitraj zamanı tərəflər qərarların qüvvəyə minməsi və icraya yönəldilməsi üçün uzunmüddətli məhkəmə (arbitraj) və icra proseslərindən keçməli olurlar. Mediasiya zamanı isə adətən tərəflər barışıq sazişini qısa müddət ərzində icra edirlər. Bu zaman tərəflər bir neçə il sonra hər hansı bir məbləğ əldə etmək əvəzinə, daha qısa müddətdə və mövcud dəyəri daha yüksək olan maddi və digər nemətlər əldə edirlər.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 3 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
19 saat əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 19 saat əvvəl
-
19 saat əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
19 saat əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb









.jpg)









