Yeni Zelandiyanın "Anchor" kərə yağı Azərbaycanda 20 illiyini qeyd edib
(®) Dünyaca məşhur süd məhsulları istehsalatçısı "Fonterra" şirkətinin istehsal etdiyi "Anchor" kərə yağı, son 20 ildir ki, Azərbaycanda ən çox sevilən qida məhsullarından biridir.
"Fonterra" şirkətindən verilən məlumata görə, bu müddət ərzində Azərbaycanlı istehlakçılar təqribən 12,5 milyon kq "Anchor" kərə yağı istehlak edib. Bu isə, hər dəqiqə təqribən 5 kq "Anchor" kərə yağının Azərbaycan mətbəxinə girməsi deməkdir.
Qlobal süd məhsulları istehsalat bazarının lideri Yeni Zelandiya şirkəti "Fonterra", son bir ildə Azərbaycanlı ailələrə 600,000 ədəddən çox 5 kq-lık "Anchor" kərə yağı satmışdır - bu da, ən çox satılan çeşiddir.
Son 20 il ərzində "Fonterra" şirkəti, Yeni Zelandiyanın süd məhsulları istehsalındaki dünya liderliyi və 130 ildir istehsal olunan "Anchor" brendi keyfiyyəti ilə Azərbaycanın süd kateqoriyasında hər gün artan tələbatını kərə yağı və feta pendiri (ağ pendir) ilə qürurla qarşılayır.
"Fonterra" şirkətinin Mərkəzi Asiya, Orta Şərq, Afrika ölkələri üzrə direktoru Gaby Amade çıxışında qeyd edib: “Biz 20 ildən uzun müddətdir ki, Azərbaycanlı ailələrin gündəlik həyatının bir parçası olmaqdan qürur duyuruq. Azərbaycanda yeni nəsillər süfrələrində bizim istehsal etdiyimiz kərə yağı ilə böyüyür və onların dəyişən ehtiyaclarını qarşılayan yüksək keyfiyyətli, qidalandırıcı və ləzzətli süd məhsulları ilə təmin etməyə davam edəcəyik.”
“Azərbaycanlı istehlakçılar südün sağlam, təbii qidalanma üçün vacib bir ərzaq məhsulu olduğunu çox yaxşı bilirlər. Təbii süddən əldə edilən kərə yağ, gündəlik yeməklər, şirniyyatlar və səhər yeməyi üçün istifadə edilən ən təbii məhsuldur.”
“Bizim şirkətimiz gələcəkdə də yaşıl otlaqlarımız, çəmənlikdə otlayan inəklərimiz və yüksək keyfiyyətli qida təhlükəsizliyi və istehsal standartlarımız ilə dünyanın ən keyfiyyətli və ən ləzzətli kərə yağını istehsal etmək üçün hər cür şərait olan Yeni Zelandiyada yüksək keyfiyyətli kərə yağının istehsalına davam edəcək. Azərbaycan istehlakçılarının çox sevdiyi bizim kərə yağlarımız, xüsusi ilə sarı rəngi ilə də seçilir. Bu, bizim yağlarımızın A vitamininin mənbəyi olan beta-karotenlə zəngin olmasını göstərir”.
Daha ətraflı məlumat üçün: https://www.facebook.com/anchorazerbaijan/

"Fonterra" haqqında:
"Fonterra" şirkəti, süd məhsulları istehsalında dünya lideridir. Dünyada ən böyük süd ixracatçısı olan "Fonterra" şirkəti, Yeni Zelandiyada 10,500 fermerin səhmdarı olduğu bir kooperativdir. Süd emalı sənayesində tədqiqat və innovasiya sahəsində dünyanın ən böyük investorlarından biridir.
Bütün dünyada iki milyon tondan çox süd tərkibli məhsullar, yüksək keyfiyyətli süd məhsulları, xüsusi komponentlər və istehlak məhsullarını 140-dan çox ölkə üçün istehsal edir.
"Fonterra" şirkəti hər zaman yaşından asılı olmayaraq Azərbaycan istehlakçılarının hamısına yüksək keyfiyyətli süd məhsulları təqdim etməyə hazırdır.
Kooperativin portfelində "Anchor", "Anlene", "Anmum" ("Materna", "Lacta" və "Assential") və "Anchor Food Professionals" kimi təhlükəsiz istehlak və qida xidmətləri brendləri mövcuddur.
Distrubitor haqqında:
“Anchor” kərə yağları və pendir çeşidlərinin Azərbaycanda distribusiyası “Delta Qrup C.O.” MMC tərəfindən həyata keçirilir.
“Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyət 1999 – cu ildə təsis edilmişdir. Müəssisə hazırda öz fəaliyyət sahələri istiqamətində Azərbaycan bazarında əhəmiyyətli yer tutmaqdadır. “Delta Qrup C.O.” MMC yarandığı tarixdən etibarən məhsulları dünya səviyyəsində tanınan şirkətlərlə əməkdaşlıq edir. Müəssisə peşəkar, dürüst və keyfiyyətli fəaliyyəti nəticəsində həmin şirkətlərin rəğbətini qazanıb.
“Delta Qrup C.O.” MMC – də çoxillik iş təcrübəsinə malik, ixtisaslaşmış 850 nəfər işçi qüvvəsi çalışır. İki əsas fəaliyyət sahəsi mövcuddur: yerli istehsalat və distribusiya (dağıtım). Gündəlik istehlak məhsullarına olan təlabatın təmin edilməsi məqsədi ilə iki böyük zavodu fəaliyyətdədir.
“Delta Qrup C.O.” MMC dağıtım istiqamətində öz operativ fəaliyyətini Azərbaycanın bir çox şəhər və rayonlarında 5000-dən çox satış nöqtəsi üzrə aparmaqdadır. Bugünkü gündə “Delta Qrup C.O.” MMC ticarət markalarının kompleks şəkildə idarəedilməsi (distributorluq, marketinq) üzrə ixtisaslaşıb.
Ətraflı Məlumat: http://www.delta-group.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 39 d. əvvəl
-
-
44 d. əvvəl
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
- 54 d. əvvəl
-
59 d. əvvəl
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
-
1 saat əvvəl
Analitiklər neftin qiymətinin 100 dollara qalxa biləcəyini proqnozlaşdırırlar
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABŞ–İsrail və İran arasında münaqişənin genişlənməsi fonunda qızıl 2% bahalaşıb
-
20 saat əvvəl
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
Neft İranda müharibə ilə əlaqədar olaraq kəskin bahalaşdı
Tramp: İran danışıqlar aparmaq istəyir, mən də qəbul etdim
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
OpenAI-ə böyük investisiya: Amazon-dan 50 milyard, NVIDIA və SoftBank Group-dan 60 milyard dollar sərmayə
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR






















