Netflix-in bazar dəyəri media nəhənglərini keçdi
Nyu-York Birjasında ticarət olunan onlayn TV və filim şirkəti "Netflix"in səhminin qiyməti dünən 344,72 dollardan bağlanmasının ardından bu gün 354 dollar səviyyəsinə qədər qalxıb və 2,7 faiz artım qeyd edib.
"Marja" xəbər verir ki, Netflix-in bazar dəyəri 4,3 milyard dollar artaraq 158,8 milyard dollardan 163,1 milyard dollara yüksəlib. Bu nəticə ilə, Netflix-in bazar dəyəri Disney və Comcast kimi ABŞ-ın media nəhənglərinin bazar qiymətini geridə qoymuşdur.
1997-ci ildə Reed Hastings və Marc Randolph tərəfindən poçt ilə DVD göndərərək və DVD kirayəyə verərək sektora daxil olan Netflix, nəhəng telekommunikasiya və media şirkətləri AT&T və Verizona da bir addım yaxınlaşmışdır. Hər iki şirkət də 200 milyard dollar ətrafında bazar dəyərlərinə malikdir.
Netflix-in ötən ay açıqladığı birinci rüb balansına görə, şirkətin ildən ilə xalis mənfəəti 63 faiz, gəliri isə 40 faiz artım göstərib, dünya miqyasında cəmi abunəçi sayı 125 milyona çatıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Netflix, balansında, ilin ikinci rübünün sonunda dünya üzrə cəmi abunəçi sayının təxminən 131 milyona yüksəlməsinin nəzərdə tutulduğunu bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)





.jpg)









