Sığorta sektorunda uzunmüddətli aktivlərin xüsusi çəkisi artıb
Mayın 16-da rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 2.0115 manata, 1 Rubl 0,0272 manata bərabər idi.
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, "Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin məcmu aktivlərinin 81,36%-i qısamüddətli, 18,64%-i isə uzunmüddətli olub.
Bu nisbət ötən il yanvarın 1-nə 87,86% - 12,14% təşkil edib. Başqa sözlə, 2017-ci ildə sığorta sektorunda qısamüddətli aktivlərin xüsusi çəkisi azalıb, uzunmüddətli aktivlərin xüsusi çəkisi isə artıb.
Bununla belə, ayrı-ayrı sığorta şirkətləri üzrə nisbət fərqlidir. Qısamüddətli aktivlərin payı 20 şirkətdən 7-də 90-100% arasında, 5 şirkətdə 80-90% arasında, 3 şirkətdə 70-80% arasında, 3 şirkətdə 60-70% arasında, 2 şirkətdə isə 50-60% arasındadır. Başqa sözlə, uzunmüddətli aktivlərin payı 20 şirkətdən 7-də 0-10% arasında, 5 şirkətdə 10-20% arasında, 3 şirkətdə 20-30% arasında, 3 şirkətdə 30-40% arasında, 2 şirkətdə isə 40-50% arasındadır.
"Naxçıvan Sığorta" aktivlərinin tərkibini açıqlamayıb.
№ | Sığorta şirkətinin adı | Şirkətin aktivlərində | |
Qısamüddətli aktivlərin payı | Uzunmüddətli aktivlərin payı | ||
1 | Amrah Sığorta | 99,71% | 0,29% |
2 | Azərbaycan Sənaye Sığorta | 97,07% | 2,93% |
3 | İpək Yolu Sığorta | 96,48% | 3,52% |
4 | A-Qrup Sığorta | 96,43% | 3,57% |
5 | Qala Sığorta | 93,29% | 6,71% |
6 | Atasığorta | 91,19% | 8,81% |
7 | Atəşgah Həyat Sığorta | 90,22% | 9,78% |
8 | Azsığorta | 87,80% | 12,20% |
9 | Xalq Sığorta | 85,58% | 14,42% |
10 | PAŞA Həyat Sığorta | 83,70% | 16,30% |
11 | PAŞA Sığorta | 81,33% | 18,67% |
12 | Günay Sığorta | 81,28% | 18,72% |
13 | Standard Insurance | 79,75% | 20,25% |
14 | AXA Mbask | 71,27% | 28,73% |
15 | Atəşgah Sığorta | 70,78% | 29,22% |
16 | Bakı Sığorta | 69,50% | 30,50% |
17 | Azərsığorta | 68,75% | 31,25% |
18 | Meqa Sığorta | 64,57% | 35,43% |
19 | Rəvan Sığorta | 56,01% | 43,99% |
20 | Qala Həyat Sığorta | 50,37% | 49,63% |
21 | Naxçıvan Sığorta | Açıqlamayıb | Açıqlamayıb |
| Orta hesabla | 81,36% | 18,64% |
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 48 d. əvvəl
-
55 d. əvvəl
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
3 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Ən çox oxunanlar
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu























