Azərbaycan OPEC qarşısında götürdüyü öhdəliyi tam yerinə yetirdi

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin 10 dekabr 2016-cı il tarixində Vyanada neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşmaya uyğun olaraq Azərbaycan 2017-ci ilin yanvar ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Birgə Texniki Komissiyasına təqdim edib.
Bu barədə Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, yanvarın 22-də Vyanada Küveyt, Rusiya, Əlcəzair, Venesuela və Omandan ibarət hasilatın azaldılmasına nəzarət komitəsinin iclasında OPEC və qeyri-OPEC dövlətlərinin götürdükləri öhdəliklərin icrasına nəzarət məqsədilə Birgə Texniki Komissiya yaradılıb. Bu komissiyaya hər ay mütəmadi olaraq müvafiq ölkələrdən gündəlik neft istehsalı ilə bağlı məlumatların alınması və öyrənilməsi həvalə edilib. Öhdəlik götürmüş ölkə olaraq Azərbaycan tərəfindən Birgə Texniki Komissiya ilə işləmək üçün Energetika Nazirliyinin nümayəndəsi müəyyənləşdirilib. Tələb olunan göstəricilər üzrə məlumatlar hazırlanaraq Komissiyaya göndərilib. Həmin məlumatlara əsasən, cari ilin yanvar ayı ərzində Respublika üzrə gündəlik neft hasilatı 793,9 min barel olub. Bunun 743,1 min barelini xam neft, 50,8 min barelini isə kondensat təşkil edib. Gündəlik 617 min barel xam neft, 50,8 min barel kondensat, 24,2 min barel isə neft məhsulları ixrac edilib.
Beləliklə, 11 ölkənin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barel azaltmaları barədə əldə olunmuş razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Belə ki, Saziş imzalanan tarixədək, yəni 11 ayda Azərbaycanda 37 719 606 ton neft istehsal olunub. Orta gündəlik hasilat isə 829,1 min barel təşkil edib.
Aparılan təhlillər də göstərir ki, mövcud qərar neft qiymətinin artmasına və sabitləşməsinə müsbət təsir göstərib. Bununla belə, Monitorinq Komitəsinin Küveytdə mart ayında keçiriləcək iclasında qəbul edilmiş qərarın icra vəziyyəti və bazara təsiri təhlil ediləcək. Əldə olunan nəticələr veriləcək qərarları, təklifləri müəyyənləşdirəcək. Bu da istehsalçı ölkələr üçün hasilat planlarını tərtib etməyə kömək göstərəcək.
Azərbaycanın hasilat həcmi ilə bağlı öhdəlyinə əməl etməsi, ölkədə neft hasilatı ilə bağlı aparılan təhlillərin və verilən proqnozların dəqiqliyini sübut etməklə yanaşı, həm də dünya bazarında neftin qiymətinin sabitləşməsi üçün zəruri tədbirlərin görülməsində nə dərəcədə maraqlı və qətiyyətli olmasını da təsdiqləyir. Azərbaycan neft bazarında tarazlığın bərpası məqsədilə ilkin vaxtlardan OPEC-in təşəbbüslərini dəstəkləyib. Ölkəmiz 30 noyabr 2016-cı il tarixində OPEC üzvü olan dövlətlərin hasilatı yanvarın 1-dən 1,2 mln. barel azaldaraq, 32,5 mln. barel səviyyəsinə çatdırmasını nəzərdə tutan razılaşmanın əldə edildiyi Vyana sammitində də iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
1 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
-
1 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 1 saat əvvəl
-
2 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
-
4 saat əvvəl
Kapital Bank “Globee–Innovation Awards”dan qızıl mükafata layiq görüldü
Son Xəbərlər

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb

Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ

Unibank Xankəndidə sahibkarlar üçün təqdimat edib

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Ən çox oxunanlar

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ

"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ

Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR

Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu

Supermarket şəbəkəsi "Xalqlar"da daha bir filialını açır
