Azərbaycanda “Avro-5” benzinin istehsalına başlanacağı müddət açıqlanıb
Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya işləri çərçivəsində ilkin emal, katalitik krekinq kimi mövcud qurğular əsaslı təmir edilərək, yenidən qurulacaq, bir sıra yeni qurğular inşa olunacaq, zavodun istehsal gücü artırılacaq"
Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində yazıb.
"Modernləşdirmə prosesi istehsal olunan dizel yanacağının və avtomobil benzinlərinin Avro-5 standartı səviyyəsinə çatdırılması, yeni bitum istehsalatının yaradılması, reaktiv mühərrik yanacağı həcminin kəmiyyət və keyfiyyətcə yüksəldilməsi, istismar xərclərinin azaldılması və s. vəzifələrlə yanaşı, “Azərikimya”nın qaz xammalı - propan-propilen, butan-butilen fraksiyaları kimi quru qazlarla daha etibarlı təminatını nəzərdə tutur. Artıq NEZ-in modernizasiyası üzrə ilkin detallı layihələndirmə işləri başa çatdırılıb və keçirilən tenderin nəticələrinə uyğun olaraq, növbəti mərhələnin - Layihələndirmə, Satınalma və Tikinti mərhələsi çərçivəsində yeni qurğuların tikintisi ilə bağlı bu ilin fevralında Maire Tecnimont şirkəti ilə müqavilə imzalanıb. Müqaviləyə əsasən, 10-dan çox istehsal qurğusunun tikintisi nəzərdə tutulur. Mövcud qurğuların və ümumzavod təsərrüfatı obyektlərinin yenidən qurulması isə ötən ilin dekabr ayında keçirdiyimiz digər tenderin qalibi olan Tecnicas Reunidas şirkətinə həvalə olunub. Layihənin 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur. İlk mərhələdə 2018-ci ildə yeni bitum qurğusu və müvafiq ümumzavod təsərrüfatı qurğuları, eləcə də yeni maye qazdoldurma məntəqəsi tikilib istismara veriləcək. Sonrakı mərhələ üzrə 2020-ci ilin sonunadək “Avro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işləri başa çatdırılacaqdır. III mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Avro-5” keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası həyata keçiriləcəkdir. Modernizasiya nəticəsində zavodda istehsal həcmini ildə 7,5-8 milyon tona çatdırmaq mümkün olacaqdır. Beləliklə, aparılan rekonstruksiya ölkəmizin ixrac potensialını və NEZ-in gəlirliliyini artıracaq, həmçinin “Azərikimya” İB-nin sabit xammal təchizatını təmin edəcəkdir. Layihə nəticəsində NEZ-in əməliyyat xərclərinin optimallaşdırılması, habelə Bakı və Sumqayıt şəhərində ekoloji vəziyyətin daha da yaxşılaşdırılması gözlənilir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
19 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 22 saat əvvəl
-
22 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
22 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
22 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 23 saat əvvəl
-
23 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq






















