Ruslar Bank VTB Azərbaycan-ın borclarını qaytardı
Bank VTB (Azərbaycan) banklar və digər maliyyə institutlarından götürdüyü kreditlərin 127 milyon 969 min manatını qaytarıb.
"Marja" Bankın maliyyə hesabtlarına istinadən xəbər verir ki, 2017-ci ilin sonunda banklar və digər maliyyə institutlarından götürülmüş kreditlər 131 milyon 267 min manat təşkil edirdi. 31 Mart 2018-ci il tarixində 3 milyon 298 min manat qaytarılmamış kreditlər qalıb.
Həmçinin Bank VTB Azərbaycan digər bankların depozitlərini də qaytarıb. Ötən ilin sonunda 137 milyon 289 min manat təşkil etmiş depozitlər 31 Mart 2018-c il tarixində 103 min manata düşüb. Bank ilk 3 ayda bu iki passiv maddəsi üzrə 265 milyon 258 manat borc qaytarıb.
Borclar qaytarıldığından Bankın öhdəlikləri 357 milyon 93 min manatdan 93 milyon 434 min manata düşüb.
2018-ci ilin 1-ci rübündə Bank VTB (Azərbaycan)-ın nizamnamə kapitalı 265 milyon manat artırlıb. Hər birinin nominal dəyəri 0,2 milyon manat olan 1 325 000 000 ədəd səhm Bank VTB (Rusiya) tərəfindən alınmışdı. Əqdin bağlanmasından sonra Bank VTB (Rusiya)-nın Bank VTB (Azərbaycan)-da payı 99,999995%-ə çatmışdır.
Artırımdan sonra, Bank VTB (Azərbaycan)-ın nizamnamə kapitalı kapitalı təxminən 316 milyon manata yüksəlib.
Bankın passivlərindəki azalma aktivlərin də azalmasında əks olunub. Artıq VTB Bank (Azərbaycan) 151 milyon 669 min manatlıq aktivləri ilə ən kiçik banklardan biridir. Aktivlərin 64 milyon 841 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2017-ci ilin sonunda VTB Azərbaycan 397 milyon 211 min manat cəmi aktivlərə və 281 milyon 176 min manat cəmi kredit portfelinə malik idi.
Bank VTB Azərbaycan 2018-ci ilin 1-ci rübünün yekunları üzrə maliyyə hesabatlarını açıqlayıb.: Ətraflı: http://marja.az/news/24067
AKTİVLƏR |
| |
| IV RUB 2017 | I RUB 2018 |
Nağd vəsaitlər | 6 171,29 | 18 163,53 |
Nostro hesablar (Mərkəzi Bank və digər banklardakı müxbir hesablar) | 69 573,60 | 56 779,60 |
Banklara verilmiş kreditlər |
| - |
Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər, cəmi |
| 2 751,72 |
Qiymətli kağızlara investisiyalar |
|
|
Kredit portfeli (müştərilərə verilmiş kreditlər - məqsədli ehtiyatlar çıxılmaqla) | 281 176,40 | 64 841,94 |
Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər | 1 113,48 | 995,55 |
Bank işində istifadə olunmayan əsas vəsaitlər, cəmi |
|
|
Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər | 1 764,44 | 1 649,01 |
Digər aktivlər | 37 411,87 | 6 487,87 |
CƏMİ AKTİVLƏR | 397 211,09 | 151 669,21 |
ÖHDƏLİKLƏR | 31.12.2017 | 31.03.2018 |
Depozitlər | 47 094,11 | 47 720,10 |
AMB-nın banka qarşı tələbləri, cəmi | 30 000,00 | 29 998,33 |
Digər bankların tələbləri (“Loro" hesabları), cəmi | 478,37 | 117,81 |
Banklar və digər maliyyə institutlarının kreditləri | 131 267,55 | 3 298,12 |
Bankların depozitləri | 137 289,66 | 103,95 |
Digər maliyyə müəssisələrinin (banklardan başqa) depozitləri, cəmi | 5 760,13 | 10 080,00 |
Mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri |
|
|
Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri (müddətli imtiyazlı səhmlər də daxil olmaqla) |
|
|
Digər passivlər | 5 204,10 | 2 116,02 |
|
|
|
CƏMİ ÖHDƏLİKLƏR | 357 093,92 | 93 434,33 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
6 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
7 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

























