Banklar üçün məhkəmə qərarlarının icrası sürətləndiriləcək
24 aprel 2018-ci ildə Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsi arasında görüş keçirilmişdir. Bu barədə "Marja"ya ABA-dan bildirilib.
Görüşdə ABA-nın Prezidenti Zakir Nuriyev, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi – Azərbaycan Respublikasının Baş icra məmuru Nurəddin Mustafayev, baş idarənin digər rəhbər şəxsləri, həmçinin Bakı şəhərinin inzibati rayonlarının, respublikanın digər böyük şəhərlərinin icra qurumlarının rəhbərləri, habelə ABA-ya üzv bankların səlahiyyətli nümayəndələri iştirak etmişlər.
Görüşü giriş sözü ilə açan Zakir Nuriyev Ədliyyə Nazirliyi ilə ABA arasında qurulmuş effektiv, işgüzar əlaqələr, sıx konstruktiv dialoqlardan danışmış, Nazirliklə əməkdaşlığın əhəmiyyətini vurğulamışdır. Həmçinin, məhkəmə qətnamələrinin icrası zamanı qarşıya çıxan çətinliklərin daha tez və effektiv formada aradan qaldırılması üçün qabaqcıl təcrübələrin qarşılıqlı tətbiqinin araşdırılması məsələsindən söz açmışdır.
Baş icra məmuru Nurəddin Mustafayev məhkəmə qərarlarının icrası sahəsində hazırki vəziyyət və yeniliklər barədə məlumat vermiş, bu sahədə mövcud problemlər və onun həlli yolları, məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunması, icradan yayınma hallarının qarşısının alınması üzrə fəaliyyətin gücləndirilməsinə dair fikirlərini bildirmiş, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı görülmüş işlər barədə danışmışdır.
Daha sonra görüş konkret məsələlər ətrafında müzakirələr formasında davam etmişdir.
Görüş çərçivəsində əsas müzakirə mövzuları icra qurumları ilə banklar arasında elektron informasiya resurslarının məlumatlarının mübadiləsi, qanunvericiliklə icra məmurları üçün açıq olan və banklarda saxlanılan informasiyaya çıxışın təmin olunması, məhkəmə qərarlarının icrası ilə bağlı qanunvericiliyin daha da təkmilləşdirilməsi, eləcə də mövcud boşluqların aradan qaldırılması üzrə təşəbbüslərin artırılması, bununla bağlı beynəlxalq təcrübələrin öyrənilməsinin davam etdirilməsi, xüsusilə sosial müdafiəyə ehtiyacı olan əhali kateqoriyalarına daha həssas münasibət, əhalinin icra prosesi ilə bağlı maarifləndirilməsi üzrə işlərin intensivləşdirilməsi və digər məsələlər olmuşdur. İcra qurumları ilə ictimai təsisatlar arasında ünsiyyət və kommunikasiyanın gücləndirilməsi, icrada olan işlər və onların nəticələri barədə effektiv və innovativ məlumat mübadiləsi sisteminin təkmilləşdirilməsi məsələlərinin əhəmiyyəti də vurğulanmışdır.
Görüşün sonunda müzakirə edilmiş məsələlər üzrə davamlı iş aparılması üçün hər iki tərəfin nümayəndələrindən ibarət işçi qrupun yaradılması ilə bağlı qarşılıqlı razılığa gəlinmişdir.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 saat sonra
-
-
14 d. əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 22 d. əvvəl
-
23 d. əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
-
25 d. əvvəl
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq
- 27 d. əvvəl
- 28 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
Fevralın 28-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında
Expressbankdan ilk dəfə kredit götürənlərə XÜSUSİ TƏKLİF
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
Azərbaycan şirkəti 118-ci mağazasını istifadəyə verib


















