Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi razılaşdı
Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında “Üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi haqqında” Razılaşma Protokolu imzalanıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, məqsəd üçüncü şəxslər üçün mal idxal edən şəxslərin qanunvericiliyə əməl etməsi, vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi və sahibkarlıq subyektləri arasında rəqabət mühitinin qorunmasını təmin etməkdir.
Razılaşma Protokolunda Azərbaycan Respublikasında davamlı iqtisadi siyasətin və islahatların həyata keçirildiyi, o cümlədən irimiqyaslı konsepsiyaların, sosial, iqtisadi strategiyaların və proqramların qəbul edildiyi, eləcə də mövcud islahatlar fonunda vergidən yayınma hallarının aradan qaldırılması və büdcə daxilolmalarının tam həcmdə və vaxtında yığılmasına nail olmaq məqsədilə iqtisadi münasibətlərin şəffaflaşdırılmasının, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin düzgün müəyyən edilməsinin və könüllü əməletmə səviyyəsinin artırılmasının ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rolu vurğulanır.
Eyni zamanda, üçüncü şəxslər üçün mal idxal edən şəxslərin idxal əməliyyatlarına nəzarət edilməsinin vergi öhdəliklərinin düzgün müəyyən edilməsi məqsədilə idxal olunmuş malların faktiki sahibləri barədə məlumatların əldə edilməsinin, o cümlədən vergitutma obyektərinin uçotunun şəffaflaşdırılması və vergi ödəyicilərinin gəlir və xərclərinin uçotunun təmin eidlməsinin vacibliyi bəyan edilir.
Razılaşma Protokolunda nəzərdə tutulan vəzifələrin icrasına yaxın günlərdə başlanılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
16 d. əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
-
28 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Rəsmi məzənnələr açıqlandı
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib



























