“Kapital Bank” ilk rübü mənfəət ilə başa vurdu - RƏQƏMLƏR
“Kapital Bank” ASC 2018-ci ilin 1-ci rübünü 22 milyon 262 min manat xalis mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, “Kapital Bank” ASC 2017-ci ilin birinci rübünü 30 milyon 792 min manat xalis mənfəət ilə bağlamışdı.
"Marja" Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar – mart dövründə Bankın cəmi gəlirləri 106 milyon 334 min manat, o cümlədən faiz gəlirləri 73 milyon 466 min manat, qeyri-faiz gəlirləri 32 milyon 868 min manat təşkil edib. 2017-ci ilin eyni dövündə Bankın cəmi gəlirləri təxminən 103 milyon manat, o cümlədən faiz gəlirləri 66 milyon 642 min manat, qeyri-faiz gəlirləri 36 milyon 416 min manat təşkil etmişdi.
2018-ci ilin yanvar – mart dövründə Bankın cəmi xərcləri 56 milyon 155 min manat (faiz xərcləri 19 milyon 413 min manat, qeyri-faiz xərcləri 36 milyon 742 min manat) təşkil edib. Xərclər gəlirlərdən çıxıldıqdan sonra 50 milyon 178 min manat əməliyyat mənfəəti yaranıb.
Ötən ilin eyni dövründə “Kapital Bank”ın cəmi xərcləri 58 milyon 972 min manat (faiz xərcləri 24 milyon 265 min manat, qeyri-faiz xərcləri 34 milyon 707 min manat) təşkil etmiş, rübü 44 milyon 85 min manat əməliyyat mənfəəti ilə başa vurmuşdu.
Bu ilin ilk rübündəki əməliyyat mənfəətinin ötən ilin analoji dövrü ilə müqayisədə çox olmasına qarşı xalis mənfəətin az olması, “Kapital Bank”ın Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına daha çox ayırma etməsilə bağlıdır. Ötən ilik 1-ci rübdə ehtiyatlara 5 milyon 689 min manat ayırmış Bank, bu ilin ilk rübündə 21 milyon 999 min manat yönəldib. Ehtiyatlara ayırmanın artması, bankda gecikmədə olan kreditlərin artdığına işarədir.
31.03.2018-ci il tarixində "Kapital Bank" ASC 3 milyard 167 milyon manat cəmi aktivlərə, o cümlədən 1 milyard 213 milyon manat kedit portfelinə malik olub. Ötən ilin sonunda Bank 3 milyard 184 milyon manat cəmi aktivlərə, o cümlədən 1 milyard 244 milyon manat kredit portfelinə malik idi.
Xalis kreditlər 1 milyard 90 milyon manatdan 1 milyard 37 milyon manata düşüb.
"Kapital Bank"ın qiymətli kağızlara investisiyalarının məbləği 286 milyon manatdan 304 milyon 615 min manata yüksəlib.
İlk rübdə Bankda depozitlər ötən ilin sonundakı 2 milyard 362 milyon manatdan 2 milyard 440 milyon manata yüksəlib. Bankdan “Marja”ya daxil olmuş məlumatda qeyd edilir ki, 1 aprel 2018-ci il tarixinə əhalinin əmanətlərinin həcmi 903,4 milyon manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 8% çoxdur.
Bankın 1 aprel 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 225,3 milyon manat, nizamnamə kapitalı isə 185,9 milyon manat təşkil edir.
Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Kristal Bakı" inşaat şirkəti gəlirinin 1000 dəfədən çox artdığını açıqladı
-
4 saat əvvəl
Bankların biznes kreditləri portfeli 157 milyon manatdan çox azalıb
-
4 saat əvvəl
İşçilərinizi 7 kritik xəstəlikdən sığortalayın - İldə cəmi 37 AZN
-
4 saat əvvəl
Ölkəmizdə ödəniş kartlarının sayı 22 milyonu ötüb, nağdsız əməliyyatların həcmi 11%-dən çox artıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
-
5 saat əvvəl
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb
İşçilərinizi 7 kritik xəstəlikdən sığortalayın - İldə cəmi 37 AZN
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
1 hektar pambıq 25 manata, 1 qoyun cəmi 7 manata sığortalanır – Fermerlərlə görüş keçirilib
Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİ
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı




















