Belarus liftləri Azərbaycanda yığılacaq - RAZILAŞMA
2017-ci ildə Belarus iqtisadiyyatına Azərbaycandan 11,3 milyon sərmayə cəlb olunub.
BELTA agentliyi xəbər verir ki, Belarusun Baş naziri Vladimir Semaşkonun Azərbaycana səfəri çərçivəsində sənaye, kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat, qarşılıqlı ərzaq tədarükü sahələri üzrə məsələlər ətraflı müzakirə olunub, ticarət dövriyyəsinin həcminin artırılması istiqamətində ikitərəfli əməkdaşlığa dair yeni perspektiv layihələrin hazırlanması haqqında razılıq əldə edilib.
Gəncə Avtomobil Zavodunun bazasında yığılan “MAZ” avtomobil texnikasının artırılması, o cümlədən bu müəssisədə “MAZ” sərnişin avtobuslarının yığma istehsalının təşkili məsələləri müzakirə olunub. Azərbaycanın aqrar sektorunun müəssisələri üçün “Qomselmaş” ASC-nin texnikasının tədarükü, sonradan Gəncə və ya Sumqayıtda kənd təsərrüfatı texnikasının yığma istehsalının həyata keçirilməsinin perspektivləri də qeyd edilib.
Belarus liftlərinin, dizel-generatorların yığma istehsalının yaradılması üzrə perspektivli layihələrin hazırlanması, həmçinin elektriklə işləyən avtobusların Azərbaycana tədarükünə dair razılaşma əldə edilib.
2017-ci ildə Belarus və Azərbaycan arasında əmtəə dövriyyəsi 160,7 milyon dollar təşkil edib və 2016-cı illə müqayisədə 6,4 faiz azalıb. Ötən il Belarusun ixracatının əsasını spesifik mallar, traktor və qoşma yedəklər, ərzaq (şəkər, süd və qaymaq, pendir və kəsmik, kolbasa, kərə yağı və s.), ağac emalı məhsulları, dərman vasitələri, neft məhsulları, qəbuledici və ötürücü aparaturaların hissələri, informasiyanın avtomatik işlənməsi üçün hesablayıcı maşınlar təşkil edib. 2017-ci ilin yekunlarına görə, Azərbaycandan bu ölkəyə ən çox neft emalı məhsulları, alüminium lövhələri, ərzaq (qoz, tünd spirtli içkilər, meyvə və tərəvəz şirələri, təbii üzüm şərabları, meyvələr), yataq dəsti, parça, gil ixrac edilib.
Hazırda Belarusda Azərbaycan kapitalının iştirakı ilə üç investisiya layihəsi həyata keçirilir. Cəlb edilmiş sərmayələrin həcmi isə 36 milyon dollar təşkil edir. Belarusda Azərbaycan kapitalı ilə 58 müəssisə fəaliyyət göstərir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)











.jpg)






