“Türk Hava Yolları” rekord sayda sərnişinə xidmət göstərib
Cari ilin yanvar-mart aylarında “Türk Hava Yolları” aviaşirkəti tarixində sözügedən dövr üzrə yüklənmə səviyyəsinin rekord göstəricisinə müvəffəq olub – 80,5%. Artım 6,5 faiz bəndi təşkil edib.
Yanvar və fevralda daşınan sərnişinlər sayının ikirəqəmli artımı mart ayında da davam edib. Bu göstərici 24% artaraq 6 milyona çatıb. Sərnişin axının artması nəticəsində mart ayı üzrə yüklənmə səviyyəsi son beş il ərzində rekorda çatıb – 82%.
Martda reyslərin yüklənmə səviyyəsi 6 faiz bəndi, kreslo-kilometrlərin sayı isə 13% artıb. Beynəlxalq aviareyslərdə yüklənmə səviyyəsi təqribən 6 faiz bəndi artaraq, 81,7% təşkil edib, daxili aviareyslərdə isə yüklənmə səviyyəsi 84%-dək artıb.
Ötən il iyulda başlayan tələbatın ikirəqəmli artımı mart ayında 22%-lik artım ilə davam edib.
Ötən ay beynəlxalq aviareyslər üzrə sərnişindaşıma 28% artıb (tranzit sərnişinlər istisna olmaqla). Bu, Türkiyəyə artan marağın mühüm göstəricisi olub.
Mart ayında daşınan yüklərin/poçtun həcmi əvvəlki ilin analoji ayı ilə müqayisədə 29% artıb. Artım əsasən Şımalı Amerika (49%), Orta Şərq (42%), Afrika (38%) və Avropanın (32%) hesabına baş verib.
Hesabat ayında reyslərin yüklənmə səviyyəsi bütün regionlar üzrə artıb. Şimali, Mərkəzi və Cənubi Amerika, Afrika və Avropa üzrə göstəricilər müvafiq olaraq 12, 10, 10 və 5 faiz bəndi artıb.
İlin birinci rübündə tələbat və sərnişinlərin ümumi sayı əvvəlki illə müqayisədə müvafiq olaraq 25% və 29% artıb. Aviaşirkətin ümumi sərnişin axını 17 milyona çatıb.
“Birinci rübdə reyslərin ümumi yüklənmə səviyyəsi 6,5 faiz bəndi artaraq 80,5%-ə çatıb, bununla da qlobal aviadaşıyıcı tarixində birinci rüb üzrə yüklənmə səviyyəsinin ən yüksək göstəricisinə müvəffəq olub. Beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsi 7 faiz bəndi artaraq 80%-ə çatıb, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə 4 faiz bəndi artaraq 85% təşkil edib. Beləliklə, “Türk Hava Yolları” son beş il ərzində birinci rübdə beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsinin ən yüksək göstəricisinə və tarixində daxili reyslər üzrə yüklənmə səviyyəsinin rekord göstəricisinə nail olub”, - deyə aviaşirkətin məliumatında bildirilir.
Mart ayında daşınan yüklərin və poçtun həcminin mühüm artımı sayəsində cari ilin ilk rübündə bu göstərici 38% artaraq 312 min tona çatıb.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
-
39 d. əvvəl
Ölkəmizdə ödəniş kartlarının sayı 22 milyonu ötüb, nağdsız əməliyyatların həcmi 11%-dən çox artıb
- 45 d. əvvəl
-
47 d. əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
-
54 d. əvvəl
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
-
58 d. əvvəl
1 hektar pambıq 25 manata, 1 qoyun cəmi 7 manata sığortalanır – Fermerlərlə görüş keçirilib
-
1 saat əvvəl
Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİ
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qızılın qiyməti İran gərginliyi və gömrük tarifləri fonunda 5200 dollara yüksəlib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİ
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Zirə Gülçülük” şirkətinin gəliri və xalis mənfəəti azalıb
Xocalı soyqırımından 34 il ötür
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
















