Qoyun əti xaricə daşınır
2018-ci ilk 3 ayında Azərbaycandan 56,4 ton qoyun əti ixrac olunub. Bu da təxminin yaxşı bir sürü qoyun deməkdir.
Bu barədə "Marja"ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) bildirilib.
"2018-ci ilin birinci rübü ərzində respublikamızdan 143 min ədəd iribuynuzlu, 254,5 min ədəd xırdabuynuzlu heyvan dərisi, həmçinin 21,2 ton mal əti konservi, 20,9 ton qoyun bağırsağı, 19 ton toyuq əti, 39,2 ton toyuq konservi, 1854 baş diri at, 137 ton balıq, 56,4 ton qoyun əti,14 ton heyvan daxili orqanları və s. baytarlıq nəzarətində olan məhsullar ixrac olunmuşdur".
Diqqəti cəlb edən, toyuq ətindən çox qoyun ətinin ixrac olunmasıdır.
2018-ci ilin birinci rübü ərzində respublikamıza 1430,3 ton iribuynuzlu mal əti, 53,2 ton qoyun əti, 93 ton ət konservi, 5623,6 ton quş əti, 1775,1 ton donuz əti, 763,4 ton kolbasa və sosis, 736,2 ton süd, 2649,1 ton süd məhsulları, 1082,7 ton pendir, 358 ton quru süd, 886,8 ton qatılaşdırılmış süd, 761 ton mayonez, 4879,1 ton kərə yağı, 195,4 ton süd və yağ pastası, 5795,2 min ədəd damazlıq yumurta, 25271 baş iribuynuzlu heyvan, o cümlədən 1330 baş damazlıq, 5905 baş kəsim üçün xırdabuynuzlu heyvan, 374,4 min baş bir günlük cücə, 635 ton balıq konservi, 1094,6 ton dondurulmuş balıq, 1775 ton spred yağı, 23500 doza buğa toxumu, 0,79 ton balıq kürüsü, 19,3 ton yumurta ağı tozu və s. baytarlıq nəzarətində olan məhsullar idxal olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 14 d. əvvəl
-
41 d. əvvəl
Qızılın qiyməti İran gərginliyi və gömrük tarifləri fonunda 5200 dollara yüksəlib
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
“Zirə Gülçülük” şirkətinin gəliri və xalis mənfəəti azalıb
Xocalı soyqırımından 34 il ötür
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib


















