“Qala Sığorta” 2017-ni zərər ilə bağlayıb
“Qala Sığorta” ASC 2017-ci ili 618,9 min manat zərər ilə başa vurub.
“Marja” şirkətin mühasibat balansına istinadən xəbər verir ki, ötən il “Qala Sığorta”nın cəmi gəlirləri 10 milyon 659 min manat, cəmi xərcləri isə 11 milyon 278 min manat təşkil edib.
Ötən il şirkətin topladığı sığorta haqları 10 milyon 914 min manat, sığorta ödənişləri isə 431,8 min manat təşkil edib. “Qala SIğorta” riskləri təkrarsığortaya verib. Belə ki, təkrarsığortaya verilmiş sığorta haqları 7 milyon 188 min manat təşkil edib.
“Qala Sığorta” ASC 2016-cı ili 226,6 min manat xalis mənfəət ilə başa vurmuşdu. Həmin il şirkətin cəmi gəlirləri 5 milyon 991 min manat, cəmi xərcləri isə 5 milyon 738 min manat təşkil etmişdi.
ŞİRKƏT BÖYÜYÜB
31 Dekabr 2017-ci il tarixində “Qala Sığorta” ASC 15 milyon 50 min manat cəmi aktivlərə, 7 milyon 271 min manat cəmi kapitala və 7 milyon 778 min manat cəmi öhdəliklərə malik olub.
Şirkət 2016-cı ilin sonunda 10 milyon 984 min manat cəmi aktivlərə, 7 milyon 890 min manat cəmi kapitala və 3 milyon 93 min manat cəmi öhdəliklərə malik idi.
"Qala Sığorta" şirkəti "Çartis Azərbaycan" Sığorta Şirkətinin hüquqi varisidir. 30 sentyabr 2015-ci il tarixində Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti - “AzRe Təkrarsığorta” ASC, "Çartis Azərbaycan" Sığorta Şirkətinin səhmlərinin 100% almışdır və şirkətin adı “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)







.jpg)







