Ləğv edilən bankın keçmiş işçiləri narazıdır - FONDDAN AÇIQLAMA

Lisenziyası ləğv edilmiş “Dəmirbank”ın işdən çıxarılmış bir qrup əməkdaşları Əmanətlərin Sığortalanması Fondundan narazıdırlar.
“Dəmirbank”ın işçisi olmuş Ceyhun Əfəndiyev "Marja"ya yazıb ki, Bankın ləğvedicisi olan Fond qanunvericilikdəki ziddiyyətdən istifadə edərək məzuniyyət haqlarını tam ödəmir:
"Əmanətlərin Siğortalanması Fondu ilə problemimiz yaranıb. Bildiyiniz kimi, “Dəmirbank” ASC-nin lisenzasiya alınıb və ləğvetmə prosesindədir. İşçiləri də Əmək Məcələsinin 70 (b) bəndi ilə ixtisar edilib. Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, ixtisarla bağlı ödənişləri həyata keçiriblər. Amma məzuniyyət haqlarını ödəməli olduğu halda, bununla bağlı hesablaşma olmadı. Baxmayaraq ki, Əmək Məcəlləsi 144-cü maddəsinə uyğun tam ödənilməlidir. Fonddan isə bildirirlər ki, “Banklar haqqinda” Qanunun 82.1.5-ci maddəsinə əsasən, son 6 aya görə, (30 gün məzuniyyətdən 15 günü üçün) ödəniş olacaqdır. Fond qanunvericilikdəki ziddiyətdən özünün xeyrinə istifadə edir".
Ceyhun Əfəndiyev qeyd edir ki, Fond işçiləri ixtisar etdiyindən çıxılmamış məzuniyyətin əvəzi tam ödənilməlidir. Onun sözlərinə görə, ləğv edilən digər bankların keçmiş əməkdaşları da tam ödəniş almağı tələb edir.
Əmanətlərin Siğortalanması Fondundan "Marja"nın sorğusuna cavab olaraq bildirildi ki, ləğvedici istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verə bilər:
"Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qərarı ilə “DəmirBank” ASC müflis elan olunub. Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 71.7.6-cı maddəsinə əsasən ləğvedici istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verə bilər.
Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə əmək müqavilələri ləğv edilərkən işçi ilə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən edilən iş stajından asılı olaraq işdən çıxarma müavinətləri ödənilib.
Azərbaycan Respublikasının “Banklar haqqında” Qanunun 82.1.5 maddəsində əsasən, bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələblərinin ödənişi növbəlik əsasında həyata keçiriləcək.
Həmçinin qeyd etmək istərdik ki, bütövlükdə bank sisteminin fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, idarə edilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını Azərbaycan Respublikasının “Banklar haqqında” Qanunu müəyyən edir və tənzimləyir".
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 21 saat sonra
-
26 d. əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
