"Bona Dea nadir tibb mərkəzidir"
"Hospital məndə çox dərin təəssürat yaratdı"
"Bu gün Bakıda gözəl xəstəxana açılır. Bu, çox gözəl, əlamətdar hadisədir. Xəstəxana çox gözəl təəssürat bağışlayır, həm xarici görünüşü, həm də daxili tərtibatı ən yüksək səviyyədədir. Burada ən müasir avadanlıq quraşdırılıb. Əminəm ki, xəstəxanada vətəndaşlara çox yüksək tibbi xidmət göstəriləcək".
Azərbaycan Prezidenti İlham Əliyev martın 27-də Bakıda Bona Dea Beynəlxalq Hospitalının açılışında deyib.
"Mən xəstəxana ilə tanış olarkən görürəm ki, çox böyük işlər görülüb. Bütün işlər ən yüksək səviyyədə təşkil edilib. Bu xəstəxana xarici mütəxəssislərin dəstəyi ilə ərsəyə gəlib. Əminəm ki, burada çalışan həkimlər, tibbi heyət xəstələrə yüksək xidmət göstərəcəklər. Mənə verilən məlumata görə, burada 800-dən çox iş yeri yaradılır. Həkimlər, tibbi heyət üçün burada gözəl şərait yaradılıb.
Bu xəstəxananın açılması ölkəmizin ümumi inkişafının göstəricisidir. Ancaq sürətli inkişaf edən ölkələrdə belə gözəl tibb ocaqları yaradılır. Hesab edirəm ki, bu xəstəxana nəinki Azərbaycanın, regionun ən qabaqcıl xəstəxanalarından biri olacaq, bəlkə də birincisi olacaq. Ümid edirəm ki, gün gələcək və turistlər Azərbaycana həm də tibbi xidmət almaq üçün gələcəklər. Yəni, bu xəstəxanada yaradılan şərait belə imkanları təmin edir. burada Azərbaycan vətəndaşlarına yüksək tibbi xidmət göstəriləcək. Ölkəmizə gələn qonaqlar da, əminəm ki, bu imkanlardan istifadə edəcəklər", -deyə dövlət başçısı əlavə edib.
Prezident bildirib ki, son illərdə Azərbaycanda 600-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir edilib: "Biz səhiyyə sisteminin maddi-texniki bazasını böyük dərəcədə gücləndirə bilmişik. Təkcə bu il altı şəhərdə yeni xəstəxana tikiləcək. Beləliklə, Azərbaycanın hər bir şəhərində ən yüksək tibbi şərait yaradılır. Altı yüzdən çox xəstəxananın, tibb müəssisəsinin yaradılması, əlbəttə ki, böyük vəsait tələb edir. Azərbaycan dövləti bu vəsaiti ayırır.
Səhiyyə sisteminin təkmilləşdirilməsi bizim üçün prioritet məsələdir. Çünki insan sağlamlığı hər bir cəmiyyət, hər bir dövlət üçün əsas məsələdir. Son illər ərzində görülmüş işlər nəticəsində insanların ömrünün uzunluğu artır və bu, gözəl göstəricidir. Bu gün Azərbaycanda istənilən xəstəlik müalicə oluna və onun diaqnostikası aparıla bilər. Yəni, diaqnostik müayinə, müalicə - bütün bunlar kompleks şəkildə təmin edilir. Bir məsələni də xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm. Bir neçə ildir ki, Azərbaycanda dövlət tərəfindən pulsuz tibbi müayinə həyata keçirilir. Hər il beş milyon Azərbaycan vətəndaşı bu xidmətdən istifadə edir. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə bu məsələ öz həllini tapmağa başlamışdır. Hazırda növbəti tibbi müayinə davam edir.
Beləliklə, Azərbaycanda sosial sahənin əsas istiqaməti olan səhiyyənin inkişafı üçün çox böyük işlər görülür. Xəstəxanalar tikilir, avadanlıq ən müasir standartlara cavab verir, tibbi xidmətin səviyyəsi artır və belə gözəl əsərlər yaradılır. Həmçinin bu xəstəxanada müalicə işində xarici mütəxəssislər də iştirak edəcəklər. Mənə məlumat verildi ki, daim burada Avropadan, digər ölkələrdən yüksək biliklərə malik olan mütəxəssislər işləyəcəklər. Mən çıxışımın qalan hissəsini ingilis dilində davam etdirəcəyəm.
Mən, həmçinin hələ Azərbaycan dilini başa düşməyənlərə, xüsusilə də əcnəbi qonaqlarımıza müraciət etmək, belə dərin təəssürat doğuran tibb mərkəzinin yaradılmasına verdikləri töhfəyə görə onlara minnətdarlığımı bildirmək istərdim. Artıq qeyd etdiyim kimi, düşünürəm ki, bu, təkcə Azərbaycanda deyil, regionda ən yaxşı tibb mərkəzidir. Yəqin ki, vaxt gələcək biz tibbi turizmin də Azərbaycana gəlməsinin şahidi olacağıq. Ölkəmizə gələn turistlərin sayı ildən-ilə artır. Ümidvaram ki, bizə tibbi məqsədlər üçün gələn turistlər də olacaq.
Çox şadam ki, bu xəstəxanada əcnəbi və yerli mütəxəssislərin fəaliyyətlərinin çox mühüm vəhdəti var. Həmçinin düşünürəm ki, xəstəxananın ən mühüm fəaliyyət sahələrindən biri yerli tibbi heyətin hazırlanması və təlimi olacaq. Fikrimcə, müalicə, diaqnostika və təlimin vəhdəti bu xəstəxananı çox xüsusi edəcək. Əlbəttə ki, zənnimcə, digər ölkələrdən olan qonaqlarımızın, yüksək səviyyəli mütəxəssislərin bu prosesdə fəal iştirakı daha çox pasiyent cəlb edəcək.
Tanışlıq zamanı mən bildirdim ki, biz hazırda Bakıda müasir avadanlıqla təchiz olunmuş və çox yüksək tibbi xidmət göstərən dünya səviyyəli tibb mərkəzinin olması ilə bağlı Azərbaycan əhalisini məlumatlandırmalıyıq. Burada hər növ müalicə, ən mürəkkəb əməliyyatlar həyata keçiriləcək və bu, Azərbaycan xalqının mənafeyinə xidmət edəcək.
Belə böyük xəstəxananın yaradılması, həmçinin ölkəmizin sürətli inkişafını əks etdirir. Biz sosial sahəyə, xüsusilə səhiyyə sahəsinə çox böyük diqqət ayırırıq. Son illər ərzində biz yüzlərlə yeni xəstəxana və tibb mərkəzini tamamilə yenidən qurmağa və tikməyə müvəffəq olmuşuq. Lakin bu, əlbəttə ki, nadir tibb mərkəzidir.
Tanışlıq məndə çox dərin təəssürat yaratdı. Düşünürəm ki, burada sizdə olanların hamısı mənə göstərilib. Sizi bu nailiyyət münasibətilə təbrik etmək istərdim. Sizə uğurlar arzu edirəm. Bizim beynəlxalq və yerli komandamıza uğurlar arzu edirəm. Əminəm ki, buraya müalicə üçün gələnlər evlərinə sağlam qayıdacaqlar. Təşəkkür edirəm və sizi təbrik edirəm".
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 13 saat sonra
-
18 d. əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
50 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 50 d. əvvəl
-
1 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 1 saat əvvəl
-
3 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 4 saat əvvəl
-
6 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi




















