Banklar yeni tələblərə cavab verməli olacaqlar - YENİ QAYDALAR GƏLİR
Azərbaycanda borcalma qaydaları, açıq valyuta mövqeyi və kapital adekvatlığının hesablanması qaydaları üzrə müzakirələr artıq yekunlaşıb. Yaxın bir neçə ay ərzində qaydaların qəbul olunmasının şahid olacağıq.
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov deyib.
"Müəyyən dəyişikliklərlə bağlı ictimaiyyətə açıqlamalar olacaq. Biz əsasən bazel komitəsinin tələblərinə uyğun olaraq bank sektorunu yeni iqtisadi vəziyyətə uyğunlaşdırırıq. Banklar müvafiq dövrdə kapitallarının 60%-ni itiriblər. Bu müddət ərzində xeyli kapital inyeksiyası olub. Bank risklərinin idarə edilməsində fərqli yanaşma bizim qoyduğumuz tələbdir. Buna görə də qaydaların dəyişdirilməsi labüddür”, - o qeyd edib.
MBNP rəsmisinin sözlərinə görə, yeni qaydaların tətbiqi qəbulundan 6 ay sonra gerçəkləşəcək: “Banklara yeniliyə hazır olmaları üçün vaxt verilməlidir. Beynəlxalq ekspertlərlə birlikdə müzakirələr aparılır və beynəlxalq təcrübədən yararlanaraq ən mütərəqqi risk idarəetməsinin Azərbaycanda tətbiqini nəzərdə tutmuşuq. Düşünrəm ki, buna nail olacağıq”.
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 18 d. əvvəl
-
-
36 d. əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
-
46 d. əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
16 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı

























