Qiyməti çox münasibdir - AZƏRBAYCANDA BU AVTOMOBİL YAXŞI SATILIR
Hyundai-ın Rusiyadakı zavodundan alınan Creta və Accent modelləri qiymət baxımından çox rəqabətlidir:
“Auto Azərbaycan” şirkətinin marketinq direktoru Rauf Cahangirov “Marja”ya bildirib ki, Creta və Accent-in qiymətləri öz rəqibləri ilə müqayisədə əlçatandır: “Accent modeli 24.200 manatdan başlayan qiymətlər ilə təklif olunur. Bütün modellərimiz avtomatik sürət qutusu ilə təchiz edilir. Əvvəllər Accent modelini daha çox şirkətlər alırdılarsa, artıq çoxlu sayda fərdi şəxslər də Accent-i seçir.
SATIŞLARA “LİMİTSİZ YÜRÜŞ” DƏSTƏYİ
Rauf Cahangirov bildirdi ki, avtomobillərə 4 il/limitsiz yürüş zəmanətinin verilməsi də satışlara müsbət təsir göstərib:
“Müştəri bizdən avtomobili alan zaman 2 zəmanət şərtindən birini seçə bilər. İndiyədək satdığımız avtomobillərə 5 il və ya 100 000 km zəmanət təklif edirdik. Yeni məhsulumuz isə 4 il və ya limitsiz yürüşü nəzərdə tutur. Bu təklif şirkətlər, taksi xidməti göstərənlər, ümumiyyətlə avtomobili çox sürənlər üçün xüsusilə sərfəlidir. HYUNDAI öz məhsullarının keyfiyyətinə güvənir. Avtomobili az sürənlər isə 5 il və ya 100 000 km təklifini seçə bilərlər”.
“ARTIQ 2018-DƏ İSTEHSAL OLUNMUŞ AVTOMOBİLLƏRİ SATIRIQ”
Rauf Cahangirov bildirdi ki, artıq HYUNDAI salonlarında 2018-ci ildə istehsal olunmuş avtomobillər satılır:
“Adətən distribyutor Yanvar ayında zavoda verdiyi sifarişlər üzrə avtomobilləri Fevral-Mart ayından başlayaraq alır. Biz artıq 2018-də istehsal olunmuş modelləri satırıq. Sifarişləri elə tənzimlədik ki, Yanvar ayının sonundan etibarən 2018-ci il istehsalı Creta və Accent modellərini müştərilərə təklif edirik. Bu məsələdə qonşu Rusiyada Hyundai-ın zavodunun olması da bizə kömək edir. Qeyd edim ki, satış komandamız ilin ortasından sonra satışlara ciddi yanaşıb. 2018-ci ilə minimal sayda 2017-ci ildə istehsal olunmuş avtomobil ilə keçmişik. Ötən ildən qalma bir neçə modelimiz var. Onları da 2018-ci ilin 1-ci rübündə satıb bitirəcəyik”.
Daha ətraflı: http://www.hyundai.az/az/accent
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















