ABŞ neft qiymətləri proqnozunu yüksəltdi
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) bu ilə dair neft qiymətləri proqnozlarını yüksəldib.
"Marja" xəbər ki, EIA-nın Fevral ayı hesabatında, Brent tipli xam neftin barrel qiymətinin bu il orta hesabla 62 dollar səviyyəsində olmasının gözlənildiyi qeyd olunub.
Hesabatda, ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftinin qiymətinin də orta hesabla bu il 58 dollar səviyyəsində olmasının nəzərdə tutulduğu qeyd edilib.
EIA-nın yanvar ayı hesabatında, bu il Brent tipli neftin barrel qiyməti 60 dollar, WTI növü neftin də 56 dollar olmasının proqnoz edildiyi bildirilmişdi.
Yeni hesabatla, hər iki neft növünün 2018 üçün orta hesabla barel qiyməti proqnozu 2 dollar yuxarı qaldırılıb.
Hesabatda həmçinin, gələn il Brent tipli neftin orta hesabla 62 dollar, WTI növü neftin orta hesabla 58 dollar olmasının gözləndiyi məlumatına da yer verilib.
ABŞ-IN NEFT HASİLATI PROQNOZLARI
EIA həmçinin, ABŞ-ın 2018 və 2019-a dair xam neft istehsalı proqnozlarını yuxarı qaldırdığını bildirib.
Hesabatda, ölkənin builki xam neft hasilatının gündəlik orta hesabla 10,6 milyon barrel, gələn il xam neft hasilatının gündəlik orta hesabla 11,2 milyon barrel olmasının gözlənildiyi qeyd edilib.
EIA-nın yanvar ayı hesabatında ABŞ-ın xam neft hasilatının bu il gündəlik orta hesabla 10,3 milyon barrel, gələn il gündəlik orta hesabla 10,8 milyon barel olmasının proqnoz edildiyi bildirilmişdi.
ABŞ-ın bu ilə dair xam neft istehsal proqnozu gündəlik orta hesabla 300 min barrel, gələn ilə dair hasilat proqnozu da gündəlik orta hesabla 400 min barel yuxarı qaldırılmışdır.
Fevral ayı hesabatında həmçinin, ölkənin xam neft hasilatının 2019-un dördüncü rübündə sutkada orta hesabla 11,3 milyon barelə yaxınlaşaraq rekord səviyyəyə çatmasının gözlənildiyi qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)









