"Vergi Uber-in müştərisindən tutulub dövlət büdcəsinə ödəniləcək"
E-ticarətlə bağlı yeni vergi siyasətində bəzi anlaşılmaz məqamlar var.
Vergilər Nazirliyi bu istiqamətdə suallarıvcavablandırıb.
-İstifadəçilər virtual məkanda həm xidmət, həm də məhsul alır. 18 faiz vergi konkert olaraq hansı növ məhsul və ya xidmətlərə şamil edilir?
-Vergi Məcəlləsinin 1 yanvar 2017-ci il tarixdən qüvvəyə minən elektron ticarət qaydasında qeyri-rezidentlərdən iş və xidmət alınarkən ƏDV-nin hesablanması ilə bağlı müddəalarına əsasən, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə onlara ödənilən məbləğdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və poçt rabitəsinin milli operatoru vergini hesablayaraq alıcının hesabından tutur və dövlət büdcəsinə ödəyir. Bu qayda elektron ticarət qaydasında qeyri-rezidentdən alınan mallara şamil edilmir.
-Xidmət və məhsul saytları necə müəyyən ediləcək? Məsələn, Google həm xidmət, həm də məhsul satır. Bu kimi məsələləri nazirlik necə müəyyən edəcək?
- Elektron ticarət qaydasında alınan iş (xidmət) və mallar banklar tərəfindən aparılan əməliyyatlar üzrə texniki məlumatlara əsasən müəyyənləşdiriləcək.
-Amazon, e-Bay kimi platformalardan alınan məhsullardan, PayPal üzərindən həyata keçirilən xidmətlər üçün də 18 faiz ƏDV tutulacaqmı?
- Azərbaycan Respublikasının rezidentləri tərəfindən PayPal və qeyri-rezidentlərə məxsus digər elektron pul kisələrində yaradılmış hesaba köçürülən vəsaitdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən 10 faiz dərəcə ilə vergi hesablanır və alıcının hesabından tutumaqla dövlət büdcəsinə ödənilir. Vergi orqanlarında uçotda olmayan şəxsin qeyri-rezidentə məxsus elektron pul kisəsində yaradılmış hesabı vasitəsilə digər şəxslərdən elektron ticarət qaydasında iş və xidmət alışı üzrə apardığı əməliyyatlardan 18 faiz dərəcə ilə vergilərin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmayıb.
- Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərin (məsələn, Uber) xidmətinə görə də 18 faiz vergi şamil ediləcək?
- Uber taksi xidmətinin alıcıları və taksi xidmətini göstərən şəxslərin Azərbaycan Respublikasının ərazisində yerləşdiyi üçün həmin xidmətlərə görə qeyri-rezidentə köçürülən tam məbləğə 18 faiz dərəcə ilə ƏDV hesablanmaqla alıcının hesabından tutulur və dövlət büdcəsinə ödənilir.
-10%-lik ƏDV xarici elektron pul kisələrinə ödəniş edərkən tətbiq olunacaqmı?
- Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisələrində yaradılmış hesaba köçürülən vəsaitdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən ƏDV hesablanmadan yalnız 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi hesablanır və alıcının hesabından tutumaqla dövlət büdcəsinə ödənilir.
Mənbə: Xəbərlər.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
23 d. əvvəl
Neft qiymətilə bağlı bədbin proqnoz - 40 dollaradək düşə bilər
-
-
32 d. əvvəl
Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi təyin edilib
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan məktəblilər üçün maliyyə savadlılığı təlimi təşkil etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Sahibkar Vüsal Qurbanov "ilişdi" - “AUXs” adlı kondisionerlərin satışında cinayət tərkibi
-
3 saat əvvəl
Haqsız rəqabətə yol verilib - 6 təsərrüfat subyekti barəsində qərar qəbul edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Neft qiymətilə bağlı bədbin proqnoz - 40 dollaradək düşə bilər
Biznesiniz üçün QISA NÖMRƏ alın
Noyabrın 19-da gözlənilən hava şəraiti
“Finex Kredit” yeni imtiyazlı səhmlər buraxmaq istəyir
5 bankda 9 aylıq xalis mənfəət 40 milyon manatdan çoxdur
Çörək şirkəti adını və təşkilati-hüquqi formasını dəyişib
iPhone 17 Çində satış rekordu qırdı
Azərbaycan neftinin son qiyməti
Naxçıvanda 8635 daşınmaz əmlak qeydiyyata alınıb












.jpg)







.jpg)

