"Güclü dollar davam edəcək"
Goldman Sachs, güclü dolların davam edəcəyi və Fed-in siyasətini bazarların gözlədiyindən daha sürətlə normallaşdıracağı proqnozunu verib.
"Marja" xəbər verir ki, Goldman Sachs Group Inc.-ın baş iqtisadçısı Jan Hatzius, güclü dolların davam edəcəyini və Fedin siyasətini bazarın gözlədiyindən daha sürətli normallaşacağını deyib.
Hatzius, Çərşənbə axşamı günü Bloomberg TV-yə verdiyi müsahibəsində, güclü dolların davam etməsini gözləyib gözləmədikləri sualına cavab olaraq, "Güclü dollar gözləyirik" - deyib və dolların avro qarşısında il sonuna qədər məzənnə səviyyəsinə çata biləcəyini (1 ABŞ dolları = 1 avro) sözlərinə əlavə edib.
Dollar, Prezident Donald Trumpın iqtisadi artımı vergi güzəştləri və xərc artımları yolu ilə dəstəkləyəcəyi gözləntiləri ilə əlaqədar olaraq 8 Noyabrdakı prezident seçkisindən bu yana Yen qarşısında 7%-dən çox və avro qarşısında 2.6% dəyər qazanıb.
Trump, dolların "çox güclü" olduğunu bildirib, maliyyə naziri namizədi Stiven Mnuchin isə, "həddən artıq güclü dolların" iqtisadiyyat üzərində mənfi qısamüddətli təsiri ola biləcəyini bildirib.
Hatzius, dollarda güclü gedişin ölkələr arasındakı faiz fərqlərindən irəli gəldiyini qeyd edib və Fed pul siyasətini sərtləşdirərkən, Avropa Mərkəz Bankı və Yaponiya Mərkəzi Bankının hələ də siyasətlərini çox yumuşaq saxlamağa davam etmələrindən dolayı bu vəziyyətin davam etməsini gözlədiyini bildirib.
Hatzius, Goldman-ın Fed-in faizi bazarın gözlədiyindən daha sürətlə artıracağını düşündüyünü qeyd edib. Bank Fedin bu il üç dəfə faiz artırımına gedərək faizi 1.5%-ə qaldıracağını gözləyir. Bazardakı gözləntilər faizin 1.25% çıxacağı istiqamətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























