2017-dən xalis mənfəətlə çıxan banklardan biri məlum oldu
NBC Bank 2017-ci ili artımlar və xalis mənfəətlə başa vurub
2015 və 2016-cı illəri zərər ilə bağlamış “NBC Bank” ASC 2017-ci ili 2 milyon 914,2 min manat xalis mənfəətlə başa vurub.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “NBC Bank”ın faiz gəlirləri 13 milyon 894 min manat, qeyri-faiz gəlirləri isə 3 milyon 142 min manat təşkil edib.
“NBC Bank” 2015-ci ildə 17 milyon 861 min manat faiz, 2016-cı ildə 16 milyon 208 min manat faiz, 3 milyon 264 min manat da qeyri-faiz gəliri əldə etmişdi. 2015-ci ildə 14 milyon 35 min manat qeyri-faiz zərəri yaranmışdı. Faiz gəlirlərinin 2017-ci illə müqayisədə çox olmasına baxmayaraq, Bank, 2015-ci ili 13 milyon 791 min manat, 2016-cı ili isə 1 milyon 797,5 min manat zərər ilə bağlamışdı. Bankın böyük zərərə düşməsinə devalvasiyalar səbəb olmuşdu.
XƏRCLƏRİ AZALIR
"NBC Bank" faiz və qeyri faiz xərclərini azaldıb. Bankın 2016-cı ildə 6 milyon 920 min manat olan faiz xərcləri 2017-ci ildə 6 milyon 479 min manata, 7 milyon 27 min manat olan qeyri-faiz xərcləri isə 6 milyon 32 min manat geriləyib.
Bank 2016-cı ildə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına (xərclər) 7 milyon 249 min manat ayırmışdısa, 2017-ci ildə bu rəqəm 1 milyon 611 min manat təşkil edib. Xərclər və ehtiyatlara ayırmalar azaldığından Bankın cəmi xərcləri də azalıb və xalis mənfəət əldə olunub.
Ehtiyatlara ayırmaların azalması “NBC Bank”da ödənməyən kreditlərin artmasının kəskin azaldığına işarədir.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
31 Dekabr 2017-ci il tarixində “NBC Bank” 204 milyon 125 min manat cəmi aktivlərə, 147 milyon 285 min manat cəmi öhdəliklərə və 56 milyon 839 min manat cəmi balans kapitalına malik olub.
Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər - məqsədli ehtiyatlar çıxılmaqla) 2016-cı ilin sonundakı 125 milyon 751 min manatdan 154 milyon 396 min manata yüksəlib. “NBC Bank”da vaxtı keçmiş kreditlər 13 milyon 354 min manatdan 12 milyon 35 min manata düşüb. Vaxtı keçmiş kreditlərin ehtiyatlar daxil kredit portfelində xüsusi çəkisi 9,90%-dən 7,36%-ə geriləyib.
“NBC Bank” 2016-cı ilin sonunda 158 milyon 970 min manat cəmi aktivlərə, 106 milyon 31 min manat cəmi öhdəliklərə və 52 milyon 939 min manat cəmi kapitala malik idi.
“NBC Bank”da depozitlər 2016-cı ilin sonundakı 67 milyon 598 min manatdan 2017-ci ilin sonunda 73 milyon 969 min manata qalxıb.
MƏCMU KAPİTALI DA ARTIB
“NBC Bank”ın məcmu kapitalı 2016-cı ilin sonundakı 52 milyon 5 min manatdan 2017-ci ilin sonunda 55 milyon 795 min manata yüksəlib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 23 d. əvvəl
-
- 35 d. əvvəl
-
1 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
-
1 saat əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
1 saat əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Ən çox oxunanlar
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb























