Dollarda müəmma - "2018, Dolların ucuz qalacağı bir il olacaq"
Qlobal investisiya bankı "Goldman Sachs"ın baş iqtisadçısı Jan Hatzius, ABŞ Mərkəzi Bankı Fed-in bu il cəmi 4 dəfə faiz artıra biləcəyinin gözlənilməsinə baxmayaraq, dolların zəif qalacağı il ola biləcəyini deyib.
"Marja" CNBC-yə istinadən xəbər verir ki, Hatzius məsələ ilə bağlı olaraq "Dolların ən azından böyük pul vahidləri qarşısında, hətta bir az da inkişaf edən ölkə pulları qarşısında zəif (gücsüz, ucuz) ola biləcəyini hesab edirik" - deyib.
Normal şərtlərdə bir ölkənin Mərkəzi Bankının faiz artırması milli pul vahidini dəstəkləyir (bahalaşır), ancaq Hatzius sinxron qlobal inkişaf dövrü olduğundan, həmçinin digər mərkəzi bankların siyasət faizlərini (uçot dərəcəsini) mümkün qaldırmaları ehtimalının dolların cazibəsini itirməsinə səbəb olacağını qeyd edib. Ekspert "belə bir şəraitdə dolların əhəmiyyətli dərəcədə dəyər qazanacağını görmək çətindir" deyə bildirib.
Dollar indeksi keçən ili təxminən 10% nisbətində azalma ilə başa vurmuşdu. Bazarlarda ABŞ valyutasının bu il də zəif qalacağına dair gözləntilər var. Bu fikri müdafiə edənlər, ABŞ Prezidenti Donald Trumpın siyasətləri daxil bəzi qeyri-müəyyənliklər olduğuna diqqət çəkirlər.
2017-ci ildə Fed-in 3 dəfə faiz artırması və Trump hökumətinin vergi islahatını qəbul etməsinə baxmayaraq, dollar, avro qarşısında da 10% ucuzlaşıb.
"Rabobank Forex"dən Ceyn Foley digər iqtisadiyyatların təşviqləri azaltmalarının daha təsirli ola biləcəyinə diqqət çəkir. Foley "Digər G10 ölkələrinin yumuşaq pul siyasətini sərtləşdirmələri ehtimalı, Fed-in faiz artımlarının dollar üzərində təsirini azalda bilər",- deyib. Ekspert, bütün bu müəmmalar ilə ABŞ aktivlərinin yaxın perspektivdə "etibarlı liman" statusunu də itirəcəyinə inanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)









.jpg)



