PAŞA Bank yeni biznes-texnologiyasına start verdi
PAŞA Bank “Asan İmza” mobil elektron imza xidmətinin operatoru olan B.EST Solutions şirkəti ilə birlikdə B2B- yeni biznes texnologiyaya start verib. Bu barədə "Marja"ya “Asan İmza” mobil elektron imza xidmətinin operatoru olan B.EST Solutions şirkətindən bildirilib.
B2B texnologiyası – sahibkarlar arasında köhnə kağız ödəniş tapşırıqları mübadiləsi sisteminə əvəz kimi gələn bank kommersiya əməliyyatlarının yeni səviyyəsidir. Bu texnologiya sayəsində PAŞA Bank-ın müştərisi “Asan İmza” mobil elektron imza vasitəsilə ödəniş tapşırıqlarını, standart və təcili ödəmələri, eləcə də vergi və digər büdcə köçürmələrini elektron şəkildə imzalaya və təsdiqləyə bilər. İmzalanan elektron sənədlər avtomatik rejimdə B2B kanalı vasitəsilə banka ötürülür.
İndi bu xidmətdən istifadə edən PAŞA Bank-ın istənilən müştərisi B2B kanalı vasitəsilə müəssisənin resurslarının planlaşdırılması sistemini, ERP sistemini bank sistemilə asanlıqla və rahat şəkildə inteqrasiya edə biləcək, eləcə də digər (kağız daşıyıcıları, internet-bankinq, mobil proqramlar və s. kimi) alətlərdən istifadə edərək ödəmələri hesablaya biləcəkdir.
Qeyd etmək lazımdır ki, “Asan İmza” mobil elektron imza sertifikatları PASHA Bank və onun müştəriləri arasındakı maliyyə tranzaksiyalarının nəinki təhlükəsizliyini, eləcə də əməliyyatların mobilliyi, sürəti, həmçinin vəsaitlər və insan resurslarına qənaəti təmin etmiş olur.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
26 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 38 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
























