Türkiyənin logistika nəhəngi Azərbaycanda da ofis açıb
Türkiyənin logistikada yüksələn "ulduzu" Logitrans şirkəti, investisiyalarını sürətləndirir. "Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türk logistika markası yaratmağı hədəf seçən Logitarans Moldova, Gürcüstan və Azərbaycanda da ofis açıb. 8 ölkədə 13 ofisə çatan şirkət, bu il isə Polşa və Baltik ölkələrinə sərmayə qoyacaq. Logitrans bu il həmçinin Banqladeşdə bir logistika bazası qurmağı və bu ölkəyə sərmayə qoyan ilk Türk logistika şirkəti olmağı planlaşdırır. IT sahəsinə etdiyi milyonlarla TL-lik investisiya ilə fərq yaradan və bu sürətli inkişafı təmin edən şirkətin “Turquality” müraciəti də qəbul edilib.
A-dan Z-yə bütün xidmətləri təqdim edərək qlobal nəhəng bir logistika şirkəti olmaq məqsədilə ötən il yenidən quran şirkətin ən böyük üstünlüyünün öz proqramları olduğunu vurğulayan Logitrans-ın İcraçı direktoru Sertalp Demirağ, "Biz artıq ucqardan ucqara xidmət verən logistikai şirkətiyik. Bunu öz proqramlarımız ilə edirik" - deyib.
Öz İT şirkətləri ilə xüsusilə anbarlarda baş verən çətinliklərə qarşı xüsusi çözümlər təqdim edərək sektorda fərq yaratdıqlarına diqqət çəkən Demirağ, "Proqram sayəsində gerçək zamanlı ehtiyat (stok) göstərə bilirik. Müştərilər anbarlarda aparılan bütün hərəkətləri izləyə bilirlər. Prqramlarımız bulud əsaslı olduğu üçün hər hansı bir investisiya tələb etmir. Lazım olanda istənilən dəyişiklikləri də edə bilirk. Hər cür tələbə cavab verə bilirik. 2017-ci ildə Ar-Ge-də (araşdırma və inkişaf bölməsi) çalışan işçilərin sayını iki dəfə, 2018-də isə bu say 6-7 dəfə artacaqdır" deyə bildirib.
Logitrans-ın ən güclü olduğu bazarlar Rusiya və Qazaxıstandır. Rusiyaya ən çox ötürmə edən Türk logistika şirkəti mövqeyində olan Logitrans, bu iki ölkədə 10%-lik paya malikdir. Demirağ, bir tərəfdən bu ölkələrdəki paylarını 20%-ə qədər çıxarmağı hədəf seçərkən, digər tərəfdən də yeni bazarlara çıxmağa davam edəcəklərini söyləyib. Gürcüstanda öz proqramlarını istifadə etdikləri bir anbar açdıqlarını bildirən Demirağ, 2 min m2-lik bu anbarda Türkiyənin aparıcı pərakəndə satıcılardan birinə bütöv logistika xidməti təqdim etdiklərini açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)






.jpg)









