"AtaBank" birləşdiyinə görə mükafat aldı
08.12.2017-ci il tarixində Rixos Quba Azerbaijan otelində baş tutan mərasimdə "Consulting and Business" jurnalı ənənəvi "Uğur-2017" Milli mükafatının təqdimetmə mərasimini keçirib.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, 2017-ci ilin yekunlarına görə "AtaBank" ASC Azərbaycanda ilk dəfə konsolidasiya prossesini uğurla başa vurduğuna və il ərzində imza atdığı uğurlara görə iqtisadiyyat və biznes sahəsində "İlin bankı" nominasiyasına layiq görülüb.
Mərasimdə çıxış edən bankın İdarə Heyəti sədrinin birinci müavini Etibar Babaşlı bu nəaliyyətin arxasında bank kollektivinin zəhmətinin durduğunu qeyd edib:
“Son illərdə Azərbaycanda müşahidə olunan yüksək iqtisadi inkişaf, aparılan məqsədyönlü siyasət və ona müvafiq həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının potensial imkanlarından daha səmərəli istifadə nəticəsində əldə olunmuşdur. Müasir bazar iqtisadiyyatı şəraitində bankların iqtisadiyyatın ayrı –ayrı sahələrinin maliyyələşdirilməsi məhz bank sektorunun iqtisadiyyatın inkişafında rolunun əsas göstəricisidir. Banklar tərəfindən nağdsız hesablaşmaların təmin olunması istər ölkə daxili, istərsə də ölkədən kənar idxal-ixrac əməliyyatları zamanı hesablaşmaların asanlıqla həyata keçirilməsinədə şərait yaradır. İqtisadiyyatımızın inkişafında AtaBank-ın da rolunun olması bizi sevindirir.
AtaBank artıq 25 ildir ki, bank sektorunda fəaliyyət göstərir və bu illər ərzində kifayət qədər ilklərə imza atıb və yüksək nəticələr əldə edib. Hazırda 25 filial və 6 şöbəyə malik bankımız bu 25 ildə öz müştəriləri ilə birlikdə hərəkət edib, onlarla birlikdə inkişaf edib və böyüyüb. Bu gün bu mükafata layiq görülməyimiz hər bir vəzifədə və hər bir səviyyədə çalışan bütün əməkdaşlarımızın böyük uğurudur!”.
Xatırladaq ki, “Uğur” mükafatı “AtaBank”-a sayca artıq üçüncü dəfə təqdim edilir. 2004-cü ildə bank “Etimad Bankı”, 2010-cu ildə isə “Plastik kartlar sahəsində texnologiyaların tətbiqinə” nominasiyalarında bu mükafata layiq görülmüşdür.
Mükafatın təqdim edilməsi münasibətilə Etibar Babaşlı qeyd edib ki, AtaBank gələcəkdə də bu xəttə sadiq qalacaq və müştərilərinə daim yeni bank xidmətləri və məhsulları təqdim edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)








.jpg)







