ABŞ-da xam neft ehtiyatları azalıb
Ötən hesabat həftəsində ABŞ-da xam neft ehtiyatları azalıb.
Bu barədə Amerika Neft İnstitutu (API) tərəfindən açıqlanan məlumatda deyilir. Bildirilir ki, keçən həftə ölkədəki xam neft ehtiyatları 7,4 milyon barrel azalıb.
Bundan başqa, ABŞ-da benzin ehtiyatları ötən həftə 2,3 milyon barrel, dizel ehtiyatları isə 1,5 milyon barrel artıb. Beləliklə də, ABŞ-da benzin ehtiyatları son 5 həftədə ikinci dəfə artım göstərib.
Lakin ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən bu gün açıqlanacaq.
Analitiklər EIA-nın keçən həftə ABŞ-da xam neft ehtiyatlarının 4 milyon barrel azaldığını açıqlayacağı qənaətindədirlər.
Qeyd edək ki, hesabatdan sonra neft qiymətləri 1%-dən çox qalxıb. Bakı vaxtı ilə 12:50-də Brent nefti 64.13 dollardan alıcı tapıb.
© Azərtac
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan Bankkart Business kredit və Bankkart Business kredit platinum kartlarını təqdim edib!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
-
2 saat əvvəl
"Siz yeni qaz yataqlarını kəşf edəcəksiniz və bizim bu məsələyə çox böyük marağımız var"
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
"Ulduz" metrostansiyasının qarşısında yol təmir olunacaq, nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“ŞKODA Daşımalar”ın daxil olduğu qrup Azərbaycanda istehsal üçün hazırdır"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Siz yeni qaz yataqlarını kəşf edəcəksiniz və bizim bu məsələyə çox böyük marağımız var"
"2017-ci ildən etibarən bir dollar 1,7 manat təşkil edir"
Qəbələdə alkoqollu və alkoqolsuz içkilər zavodu tikilir - Nazir işlərin mövcud vəziyyəti ilə tanış olub
Çexiya Azərbaycana yeni “L-39NG” təyyarəsini təklif edir
"ŞKODA" şirkəti Bakı metrosuna qatar satmaq istəyir
Ən çox oxunanlar
Azərbaycan şirkətləri Çexiya şirkətlərilə anlaşdı
"Biz buraya ÇES adlanan yarıdövlət şirkətimizlə gəlmişik və o, müqavilə imzalamaq istəyir"
Bəzi rayonlarda yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Supermarketlər şəbəkəsi Şəkidə 3-cü mağazasını açıb





.jpg)
.jpg)







.jpg)





