"Azəriqaz": DSMF-yə borcumuz yoxdur
"Azəriqaz" İstehsalat Birliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) borcu yoxdur.
İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib ki, "Azəriqaz" tərəfindən yaranan ödənişlər vaxtında icra edilir və hal hazırda vaxtı keçmiş borc qalmayıb.
"Bununla bağlı məhkəmə iddiası qaldırılması ilə əlaqədar hər hansı bir məlumat "Azəriqaz" İstehsalat Birliyinə daxil olmayıb", - deyə o vurğulayıb.
Bundan öncə xəbər verdiyimiz kimi, DSMF cari ilin 6 ayı ərzində əsasən böyük məbləğdə borcu olan sığortaedənlərə qarşı məhkəmə iddiası qaldırıb. İddiaların 4-ü iri sığortaeənlərə qarşı (o cümlədən, 1 iddia "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə qarşı, 3 iddia "Azəriqaz" İstehsalat Birliyinə qarşı), 16-sı dövlət mülkiyyətində olan digər təşkilatlara qarşı, 1-i bələdiyyə mülkiyyətində olan təşkilata qarşı, 228-i digər hüquqi şəxslərə qarşı, 513-ü isə fiziki şəxslərə qarşı qaldırılıb.
Ardınca "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC DSMF-yə borcunun olmasını inkar edib.
© APA
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 22 saat sonra
-
42 d. əvvəl
Bratislava ilə Bakı arasında birbaşa uçuşlara bu ilin payızında başlanılacaq
-
1 saat əvvəl
Müştəri narazılığının çox və ya az olduğu sürətli poçt xidməti şirkətləri - SİYAHI
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
"Bolt" Azərbaycan üzrə Baş menecer təyin etdi
Dövlət şirkətinə Baş direktor təyin edilib
Ən çox oxunanlar
WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi







.jpg)




.jpg)








