Sahibləri 1020 dollardan aşağı satmaq istəmirlər, dövriyyə rekordlar vurur
Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR İstiqrazları ilə əməliyytların həcmi 120 milyon dolları keçib. "SOCAR Capital" şirkətinin məlumatına görə, istiqrazlara böyük maraq və alqı-satqıların yüksək olması nəticəsində dekabrın ilk günlərində SOCAR İstiqrazları ilə əməliyyatların həcmi növbəti tarixi həddə çatıb.
Xatırladaq ki, SOCAR-ın daxili bazar üçün nəzərdə tutulan istiqrazları 2016-cı ilin sentyabr ayında 100 milyon dollarlıq həcmdə buraxılıb. Yüksək gəlirliyi və etibarlılığına görə, SOCAR İstirazları investorların böyük marağına səbəb olub. Nəticədə artıq avqust ayında, yəni buraxılmasından 1 ildən də az vaxt keçməsinə baxmayaraq, Bakı Fond Birjasında (BFB) istiqrazlarla əməliyyatların həcmi 100 milyon dolları ötərək istiqraz buraxılışının həcmini üstələyib. Qısa müddətdən sonra isə bu rəqəm 120 milyon dollara çatıb. Bu Azərbaycanın fond bazarında ilk belə haldır.
SOCAR İstiqrazlarına tələbatın belə böyük olmasının digər səbəbi bu istiqrazlar üçün SOCAR-ın geri alma zəmanətidir. Nəticədə istiqrazların qiyməti heç vaxt 1000 dollardan aşağı düşmür və onları istənilən vaxt dərhal nağd pula çevirmək mümkündür. SOCAR İstiqrazları üzrə öhdəliklərin qrafik üzrə yerinə yetirilməsi, yəni faizlərin vaxtında ödənilməsi də investorların inamını gücləndirib. İndiyədək SOCAR İstiqrazları üzrə 4 dəfə faiz ödənişi edilib və istiqraz sahibləri 5 milyon dollar qazanıblar. Növbəti faizlər yanvarın 17-də ödəniləcək.
Nominal qiyməti 1000 dollar olan istiqrazların dollarla illik gəlirliyi 5% və ya hər istiqraza görə 50 dollar təşkil edir. Bu, hazırda maliyyə sektorunda ən yüksək gəlir sayılır.
SOCAR İstiqrazlarına olan tələbat indi də yüksəkdir və bu təkrar bazarda istiqrazların qiymətinin də artmasına səbəb olub. Nəticədə qısa zamanda istiqrazların qiyməti 1020 dolları keçib. İstiqrazların marketmeykeri olan "PSG Kapital" investisiya şirkətindən verilən məlumata görə, hazırda birjada SOCAR İstiqrazlarının alış qiyməti 1006-1007 dollar, satış qiyməti isə 1 020-1 026 dollar arasında dəyişir.
Xatırladaq ki, hazırda SOCAR İstiqrazlarını yalnız təkrar bazardan, yəni birja vasitəsilə istiqrazın hazırkı sahiblərindən almaq mümkündür. İstiqraz sahibləri isə onları 1020 dollardan aşağı satmaq istəmirlər.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir





















