2018 model Passat alanlara bütün servis xərcləri HƏDİYYƏ!
Volkswagen AG-nin Azərbaycanda yeganə rəsmi idxalçısı olan "Euro Style LTD" MMC bu ilin dekabrında 20 illik yubileyini qeyd edəcək. Bu münasibət ilə keçən ilin noyabr-dekabr aylarında avtomobil bazarında inqilab edən “5 il PULSUZ SERVİS” kampaniyasını bərpa etmək qərarına gəldi.
Beləkliklə alıcılar Yeni 2018-ci il model Passata sahib olarkən 5 və ya 150 000 km zəmanət ilə yanaşı həmin müddətdə bütün servis xərclərini HƏDİYYƏ qismində əldə edəcəklər. Yani 5 il ərzində servislə bağlı heç bir məsrəfləri olmayacaq. Bu həm ehtiyat hissələrinə həm də xidmət haqqına aid olacaq.
PULSUZ Servis xidmətinə aşağıdakılar aiddir:
- Yağdəyişmə (yağ, yağ filteri və xidmət haqqı)
- Hava filteri + dəyişilməsi
- Yanacaq filteri + dəyişilməsi
- Texniki baxış və elektron diaqnostika
- Mühərrik şamları
- Mühərrikin dişli qayışı + dəyişilməsi
- Generator qayışı + dəyişilməsi
- Əyləc yastıqları və əyləc mayesi + dəyişilməsi
- Dayaq diskləri + dəyişilməsi
- Təkər balansı və yerdəyişməsi
Şirkətin rəsmisi bu xəbəri belə şərh etdi:
“Keçən il bu kampaniya çox uğurlu keçdi. Kifayət qədər müştərimiz kampaniyadan yararlandı və hal-hazırda həmin Passat sahiblərinin bütün servis xərclərini qarşılayırıq, müştərilərin yalnız yanacağa məsrəfi çıxır. İl ərzində bu kampaniyanı soruşan çox olub. Tələbatı nəzərə alaraq 20 illik yubileyimiz münasibəti ilə bu şərtləri yenidən bərpa etmək qərarına gəldik. Bu kampaniyanı 2017-ci ilin dekabrın sonunadək bütün satılacaq Volkswagen Passat modellərinə aid eləmişik. Bu gündən dekabrın 31-dək bütün yeni Passat alan müştərilərimiz 5 il ərzində servisə ödəniş etməyəcəklər. Yani yağı da pulsuz dəyişəcəklər, filterləri də, əyləc yastıqlarını və sair. Həm yağ və ehtiyat hissələri həm də iş haqqı pulsuz olacaq. Alıcılarımıza təkcə yanacaq doldurub avtomobili idarə etmək həzzi qalır.”
Tam LED yığımlı ön dinamik fənərli yeni Volkswagen Passata gəldikdə isə, radiator barmaqlıqları və üslubu daha da dəqiq tərənnüm edib zərif cizgilər ilə premiuma meyilliyini tamamlayan avtomobildir. Patentləşdirilmiş texnologiya əsasında hazırlanmış “topComfort” və “ergoComfort” tipli oturacağı olan bu avtomobildə 3-zonalı iqlim kontrolu funksiyalı kondisioner, oturacaqların isidilməsi və soyudulması, hava şəraitindən asılı olmayaraq salonda optimal mikroiqlim yaratmağa imkan verir. Eyni zamanda 8 düym ekran, həcmli səs effekti yaradan 8 ədəd səsgücləndirici, CD, MP3, SD, USD, AUX-in, Bluetooth və hətta səs ilə idarə etmə sistemi artıq baza təchizatında təklif olunur. Bu dəfə daha çevik və manevrli olan Yeni 2018 model Passat 1.8 L həcmli və 180 at güclü mühərriklə təchiz olunub. Belə ki, 100 km/s sürət göstəricisinə cəmi 7.7 saniyəyə çatır. Orta sərfiyyat isə 5.8 L-ə bərabərdir. 6 ədəd təhlükəsizlik yastıqları, ABS, ASR, EDL və ESC sistemləri sürücünün xidmətindədir. “Active İnfo Display” məlumat paneli, təkmilləşdirilmiş 286.6° bərabər dairəvi görünüş sahəli Passat artıq öz sahiblərini gözləyir.
Daha ətraflı məlumat üçün: *7788
(+994 12) 555 77 88
https://www.facebook.com/VolkswagenAZ
https://www.instagram.com/volkswagen_azerbaijan/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 9 d. əvvəl
-
-
9 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
-
41 d. əvvəl
“PAŞA Holding”dən yeni törəmə şirkət – “PAŞA Maliyyə Holding” təsis edilib
-
58 d. əvvəl
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
2 saat əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
İndi aviabiletlər də ABB Business-də alınır
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
Ən çox oxunanlar
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Azərbaycan neftinin son qiyməti
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib















