Azərbaycanla Xorvatiya arasında birbaşa aviareyslər açıla bilər
Bu gün Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan Xorvatiyanın baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri xanım Martina Daliçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən verilən xəbərə görə, görüşdə nazir Ş.Mustafayev bildirib ki, Azərbaycan və Xorvatiya arasında sənaye, gəmiqayırma, neft-kimya, əczaçılıq, tranzit, turizm, kənd təsərrüfatı, ticarət sahələrində əlaqələrin genişləndirilməsi üçün potensial böyükdür.
Azərbaycanda sənaye parklarının, o cümlədən gəmiqayırma üzrə ixtisaslaşmış Qaradağ Sənaye Parkının fəaliyyət göstərdiyini qeyd edən iqtisadiyyat naziri iki ölkənin gəmiqayırma sahəsində bir sıra ehtiyat hissələrinin birgə istehsalı üzrə əməkdaşlıq edə biləcəyini diqqətə çatdırıb.
Ş.Mustafayev Xorvatiya şirkətləri üçün Azərbaycanın sənaye və neft-kimya potensialına, bu sahədə həyata keçirilən layihələrə dair təqdimat keçirilməsini təklif edib. Azərbaycana Xorvatiyadan dərman idxal olunduğunu, hazırda Azərbaycanda əczaçılıq məhsulları istehsal edəcək zavodların tikintisi işlərinin davam etdiyini bildirən nazir bu sahədə əməkdaşlıq imkanlarını vurğulayıb. Bundan başqa, Xorvatiya Azərbaycanın tranzit potensialından istifadə edə, ölkələr arasında turizm sahəsində əlaqələrin inkişafı üçün birbaşa reyslər açıla bilər.
Xorvatiyanın baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri M.Daliç iki ölkə arasında İKT, kənd təsərrüfatı, sənaye, turizm və s. sahələrdə əməkdaşlıq üçün imkanları diqqətə çatdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)








