Azərbaycanda 3 yeni “Lexus” modeli təqdim ediləcək
Azərbaycanda 3 yeni “Lexus” modeli təqdim ediləcək. Söhbət “Lexus LC 500”, “LX Sport” və “Lexus NX” avtomobillərindən gedir. Bu barədə Lexus Bakı Mərkəzindən bildirilib. Məlumata görə yeni modellər dekabr ayının 8-dən etibarən satışa çıxarılacaq.
“Lexus LC 500”
Kupe konseptini artıq Avropada təqdim edilən Lexus LC 500 modeli 10 pilləli ötürücü və 5.0 L mühərriklə təhciz edilib. “Lexus LC 500” saatda 100 km sürəti cəmi 4.7 saniyəyə yığa bilir.
Məlumata görə, maşının sürəti və idarəetmə parametrləri ilə yanaşı interyeri də komfortludur.İnteryer dəyişikliyində ilk nəzərə çarpan sükan və idarəetmə panelidir.
“LX Sport”
Bakıda təqdim ediləcək digər avtomobil “LX Sport” modelidir. Yeni Lexus ənənəvi platforma üzərində restayliq olunmuş benzin mühərriklidir. Dəyişkliklər eksteryerlə yanaşı interyeri də əhatə edir. Salonun havalandırması-sərinlik və istilik Lexus Climate konsyerj sistemində çalışır.Tədbiq olunan Offroad Turn Assist sistemi dönmə bucağını artırır, bu bir növ maşının yerində manevr etməsi ilə mümkün olur. Yolsuzluq şəraitində,məsələn uçurumlu yollarda bu sistem əvəzedilməzdir. Crawl Control və Multi Terrain Select sayəsində yeni Lexus LX Sport keçilməz yolları belə rahatlıqla hərəkət edə bilir. “LX Sport”da ətrafı 360 dərəcə nəzarətdə saxlamağa imkan verən və hətta maşının altını da göstərən kameralar quraşdırılıb. Ön hissədə “X” formalı radiator örtüyü, ”L” formalı üçqat diod faralar və dinamik dizayn yeni “Lexus LX”in zəhmli görkəmini formalaşdırır. Texniki göstəricilərə gəlincə, 8 pilləli sürət qutulu avtomobil 367 at gücündə 5.7L mühərriklə təhciz edilib.
“Lexus NX”
Bakıda satışa çıxarılacaq sonuncu model şəhər krossoveri “Lexus NX”dır.
Avtomobil istehlakçıların və mütəxəssislərin xüsusi rəylərini nəzərə alaraq restaylinq olunub. Yeni modeldə AVS sport adaptasiya asqısı təkmilləşdirilib. Daha dəqiq idarəetmə üçün əlavə dempferlərlə təhciz olunub. Bu da asqının vəziyyətə görə dəyişməsinə imkan verir. İdarəetmə panelində Electro Multi Vision naviqasiya sistemini quraşdırılıb.
“Lexus NX”in qarışıq yanacaq sərfiyyatı 100 km-ə 7,9 Litrdir. 238 at gücünə malik 2.0l turbo mühərrikli krossoverin maksimum sürət isə 200 km/saat təşkil edir.
Yeni Lexus modellərində yol nişanlarını tanıma və sürəti tənzimləmə sistemi mövcuddur. Bundan əlavə maneə haqqında əvvəldən xəbər verən, toqquşmaların qarşısını alan Lexus Safety Systems-i də qeyd etmək lazımdır.
“Lexus LX”ın Avropa qiyməti 103 min dollardan başlayır
Avtomobillərin qiymətlərini isə Lexus Bakı Mərkəzi hələlik açıqlamayıb. Fins.az araşdırmasına görə, ən baha model “Lexus LC 500”dür. Avtomobil qiyməti 135 min dollardan başlayır. Azərbaycanda ən məşhur “Lexus LX”ın yeni modelinin Avropa qiyməti 103 min dollar, “NX Sport”un qiyməti isə 40 min dollardır.
© Fins
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 30 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb























