Elman Rüstəmovdan deputatlara cavab
“Bütövlükdə biz neftin qiymətləri ilə bağlı olduqca ehtiyatlı davranmalıyıq”.
Azərbaycan Mərkəzi bankının İdarə heyətinin sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı millət vəkillərinin irəli sürdüyü təklif, sual və iradlara cavab verərkən deyib.
O, neftin qiymətləri yüksələn vaxt büdcənin gəlirlərinin artırılmasının tərəfdarı olmadığını deyib:
“Eyni zamanda, neftin qiyməti düşən zaman xərcləri azaltmamalıyıq. İqtisadiyyat canlı orqanizm olduğundan stabillik, sabit xərc, sabit qiymət və sabit kurs tələb edir. Bu isə öz növbəsində tələb edir ki, resurs ölkələri sabit xərclərə əsaslanmalıdır. Neft gəlirlərinin indiki və gələcək nəsillər arasında bölünməsi ədalət prinsiplərinə tam şəkildə uyğundur”.
Baş bankir qeyd edib ki, ilin əvvəlindən pul kütləsi 12% artıb. “İlin əvvəlindən biz dövriyyəyə təxminən 1 milyard manata yaxın vəsait ayırmışıq. İlk sabitlik rüşeymlərinin yarandığı fevral ayının sonundan Mərkəzi Bank iqtisadiyyata əlavə olaraq 1,8 milyard manat vəsait yönəldib”.
E.Rüstəmov qeyd edib ki, ilin sonunadək pul kütləsi bir qədər də artacaq. “belə bir fikir söylənilib ki, bu gün dövriyyədə olan pul kütləsi 2014-cü ilə nisbətən aşağıdır. Bu, bir obyektiv faktdır. Hazırda dövriyyədə olan pul kütləsi təxminən 2014-cü ildəkindən 24% aşağıdır. Bunun elmi-praktiki izahı var. Biz bilirik ki, pulun 3 əsas funksiyası var. Pul həm dəyər ölçüsüdür, həm ödəniş vasitəsidir, həm də sərvət və yığım vasitəsidir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)





