Gürcüstanda dolların məzənnəsi rekord həddə yaxınlaşıb
Gürcüstanda ABŞ dollarının məzənnəsi tarixi rekord həddə yaxınlaşıb.
Dünən Gürcüstanın nağd valyuta bazarında dolların məzənnəsi 2,7250 lari səviyyəsinə çatıb və hazırda 2,70 GEL/USD səviyyəsində qərarlaşıb.
Qeyd edək ki, Gürcüstanda dolların tarixi rekord həddi 2016-cı il dekabrın 22-də (2,8205 lari) qeydə alınıb. Hazırda isə məzənnə tarixi rekord həddən 4,3% aşağıdır. Xatırladaq ki, son bir ayda Gürcüstanda dollar 10% bahalaşıb.
Gürcüstan Mərkəzi Bankı dolların bahalaşması ilə bağlı yaydığı bəyanatda bildirib ki, baş verən proses movsümi amillərlə əlaqəlidir və müvəqqəti xarakter daşıyır: "Əgər Mərkəzi Bank məzənnənin artmasında inflyasiya riskini müşahidə edərsə, valyuta bazarına zəruri müdaxilə olunacaq".
Analitiklər Gürcüstanda dolların bahalaşmasının səbəbini regionda əsas ticarət tərəfdaşları olan Rusiya və Türkiyədə analoji prosesin getməsi ilə əlaqələndirir:
"Bu dəfə dollarda bahalaşma müvəqqəti hal olsa da, 2018-ci ildə bütün region ölkələrində və qlobal valyuta bazarında dolların bahalaşması qaçılmaz olacaq".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
56 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN














.jpg)






