Daşınmaz əmlakın qeydiyyatnda 15%-ə yaxın artım
Əmlak Məsələlər Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı prosedurunun sadələşməsi, bu sahədə əlçatanlığın artırılması, elektron xidmətlərin genişləndirilməsi, həyata keçirilən sosial və innovativ layihələr cari ildə də əmlakların qeydiyyatının artmasına gətirib çıxarmışdır.
Belə ki, Əmlakın qeydiyyatı kalkulyatorunun istifadəyə verilməsi, Qabaqcadan qeydiyyatın tətbiqi, SMS xidmətlərinin fəaliyyət göstərməsi, bu sahədə maarifləndirmə işlərinin aparılması nəticənin müsbət olmasına təsir göstərir. Bunu statistik göstəricilər də təsdiqləyir.
Komitədən "Marja"ya daxil olmuş məlumata görə, statistik məlumatlara əsasən 2017-ci ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı 161442 olmuşdur. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 14.4% artım deməkdir. Bu göstəricinin 48083-ü(29.8%) ilkin, 113359-u (70.2%) isə təkrar qeydiyyata aid olmuşdur. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 31156-sı fərdi yaşayış və bağ evi, 41889-umənzil, 81652-si torpaq sahəsi, 2980-i qeyri-yaşayış binası, 2869-u qeyri-yaşayış sahəsi, 628-i əmlak kompleksi, 118-i çoxmərtəbəli yaşayış binası, 150-si isə çoxillik əkmələr təşkil etmişdir.
İlkin qeydiyyatın 37.1%-i Bakı şəhərinin, 62.9%-i isə regionların payına düşür. Qeyd edilməlidir ki, ilkin qeydiyyat ötən ilin eyni dövri ilə müqayisədə 19.3% faiz artmışdır.
Bundan başqa 2017-ci ilin yanvar-oktyabr ayları ərzində ölkə üzrə 11275 mənzil özəlləşdirilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə özəlləşdirilmiş mənzillərin sayı 30.7%-ə yaxın artmışdır. Ümumilikdə isə özəlləşdirmə başlayandan bu günədək ölkə üzrə 539000-dən çox mənzil özəlləşdirilmişdir.
İlkin qeydiyyatın artması bu sahədə yaradılan rahat şəraitin, operativliyin nəticəsidir. Eyni zamanda əldə olunan yüksək göstərici vətəndaşların daşınmaz əmlak bazarında leqal əmlaklara üstünlük verməsinin bariz nümunəsidir.
Bundan başqa təkrar qeydiyyatda da əldə olunan yüksək göstərici ölkədə iqtisadi və hüquqi əməliyyatların artması deməkdir. Belə ki bu, alqı-satqı, ipoteka kimi əməliyyatların artmasından xəbər verir. Təkrar qeydiyyatın artması daşınmaz əmlak bazarının canlanmasına, inkişafına imkan verir.
2017-ci ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlakın texniki inventarlaşdırılması və texniki pasport tərtib edilməsi ötən ilin eyni dövrü ilə müqayisədə 17.9% artaraq 117.9% təşkil etmişdir.
Cari ilin 10 ayı ərzində hüquqi və fiziki şəxslərə 127226 məhdudiyyət arayışı verilmişdir. Məhdudlaşdırmaya (yüklülüyə) dair dövlət reyestrindən arayışların verilməsində, ötən ilin eyni dövrünün statistikası ilə müqayisəsi zamanı 20.9% faiz artımın olduğu müşahidə edilmişdir.
Cari ildə 31049 ipoteka müqaviləsi bağlanmışdır. Bunlardan 5778-i torpaq sahəsi, 14516-sı mənzil, 7313-ü fərdi yaşayış və bağ evləri, 3442-si isə digərinə aid olmuşdur.
Bu ilin oktyabr ayının sonunadək 2804 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınmışdır. Bundan başqa əhaliyə xidmətlə bağlı 43126 digər müxtəlif məzmunlu arayışlar verilmişdir.
Komitə daşınmaz əmlakın qeydiyyatı sahəsində əlçatanlığın, optimallığın artırılması, bu sahədə yeniliklərin tətbiqi istiqamətində də işlərini davam etdirmişdir.
Cari ildə Komitə bu sahədə “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” və “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” elektron xidmətlərini istifadəyə vermişidir. Bundan başqa “Əmlakın qeydiyyatı kalkulyatoru”, “Elektron çıxarış sistemi” də vətəndaşlara xidmət göstərir.
Daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial layihələrdən biri “Kütləvi çıxarış” kampaniyasıdır. Cari ildə kampaniyanın əhatə dairəsi daha da genişlənmişdir. “Kütləvi çıxarış” kampaniyası birbaşa ünvanlarla yanaşı iş yerlərində, o cümlədən vətəndaşların kənd təsərrüfatı ilə məşğul olduğu sahələrdə, əkin yerlərində, ucqar kənd yerlərində təşkil edilmişdir. Keçirilmiş 18 kampaniyanın 4-ü paytaxt rayonlarında, 14-ü isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutmuşdur.
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə isə yanvar-oktyabr ayları ərzində vətəndaşlardan 61243 müraciət qəbul olunmuşdur. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7.4% faiz artmışdır.
Müştərilərin xəbərləri
PAŞA Holding-in təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti beynəlxalq tədbirlər seriyasını “INMerge” Berlin ilə yekunlaşdırıb
"Ziraat Bank Azərbaycan" Polis İşçilərinin Peşə Bayramı münasibətilə istehlak kreditləri üzrə xüsusi kampaniya təqdim edir
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
4 d. əvvəl
Neftçalada Xəzər dənizinə 400 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb
-
12 d. əvvəl
Avropa İttifaqında 150 avroyadək dəyəri olan bağlamalar üçün gömrük rüsumları qüvvəyə minib
-
16 d. əvvəl
Rusiyada miqrantların evlərinə göndərdiyi puldan 3 faiz vergi tutula bilər
-
57 d. əvvəl
Azərbaycanda son altı ildə dövlət satınalmalarının dəyəri 10,8 milyard manata yüksəlib
- 1 saat əvvəl
-
1 saat əvvəl
"AccessBank" Oracle Software Update 2026 üzrə tender elan edir
-
1 saat əvvəl
THY və digər hava yollarına biletlər də DigiTravel-lə ABB mobile tətbiqində!
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin operatorluğu bp-dən SOCAR-a məxsus törəmə şirkətə keçdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
"AccessBank" Oracle Software Update 2026 üzrə tender elan edir
Ən çox oxunanlar
İyulun 2-də gözlənilən hava şəraiti
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin operatorluğu bp-dən SOCAR-a məxsus törəmə şirkətə keçdi
“Azersun Holdinq”in gəlirləri 1,9 milyard manata yaxınlaşıb, xalis mənfəəti 25% artıb
Qlobal birləşmə və satınalmaların həcmi ilin birinci yarısında 2,5 trilyon dolları ötüb
"Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir"

























