4G Gəncədə!
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə 4G LTE xidmətini Gəncə şəhərində istifadəyə verir.
Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən “4G Sür@” xidməti yerləşdikləri məkanda genişzolaqlı internetə yüksək sürətli çıxış imkanına malik olmaq istəyən istifadəçilər üçün nəzərdə tutulub.
“Biz Gəncə şəhərində yaşayan Bakcell abunəçilərinə yüksək keyfiyyətli 4G LTE xidmətlərini təqdim etməkdən qürur hissi duyuruq. Artıq Bakı və Abşeron yarımadasının abunəçilərimizlə yanaşı, bizim Gəncədəki abunəçilərimiz də Bakcell şirkətinin təqdim etdiyi yüksək keyfiyyətli və sürətli mobil internetdən yararlana biləcəklər. Azərbaycan bazarında 4G xidmətlərinə olan tələbat və 4G texnologiyasını dəstəkləyən cihazların sayı əhəmiyyətli dərəcədə artmaqdadır və biz hesab edirik ki, LTE xidmətlərini ölkənin bölgələrində istifadəyə vermək vaxtıdır” deyə, Bakcell şirkətinin baş icraçi direktoru Nikolai Beckers bildirib.
Bakcell şirkəti tərəfindən təqdim olunan və 225 Mbit/s çatan sürəti dəstəkləyən 4G/LTE texnologiyası vasitəsilə abunəçilər öz mobil qurğularında multimedia xidmətlərindən, mobil televiziyadan, videokonfranslardan, monitorinq sistemlərindən, müxtəlif onlayn oyunlardan daha rahat istifadə etmək imkanına malik olurlar.
Hazırda Bakcell həm smartfon, həm də noutbuk və kompüter istifadəçiləri üçün nəzərdə tutulmuş müxtəlif 4G tarif paketlərini təklif edir. “Bakcell”in Gəncədəki abunəçiləri təklif olunan müxtəlif variantlar arasından seçim edə bilərlər ki, bunlardan da biri aylıq cəmi 10 AZN-ə təklif olunan 5 GB-lıq 4G internet paketidir.
Bakcell-in 4G kommersiya təklifləri barədə daha ətraflı məlumatı https://suret.bakcell.com/en/offers/3g/smartfonlar_ucun səhifəsindən əldə etmək olar.
Bu gündən etibarən Gəncə şəhərində yaşayan Bakcell abunəçiləri şirkətin Müştəri Xidməti Mərkəzində 3G SİM kartlarını pulsuz olaraq 4G SİM kartlarına dəyişə bilərlər.
Bir müddət əvvəl Bakcell mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb.
6500-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
5 d. əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
-
- 32 d. əvvəl
-
2 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
2 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
Ən çox oxunanlar
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun




















