Azərbaycanda yeni qurum yaradılır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən institusional islahatların tərkib hissəsi kimi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addım atılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "Marja"ya daxil olmuş məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib.
Fərmana əsasən, Qida Təhlükəsizliyi Agentliyinin 2018-ci il yanvar ayının 1-dən etibrən fəaliyyətə başlaması nəzərdə tutulub. Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəhbəri Ramil Hüseynin qənaətinə görə, bu agentliyin yaradılması prosesində müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınır.
Həmçinin dəyər zəncirinin bütün mərhələlərini əhatə edən və risklərin təhlili yanaşmasına əsaslanan qida təhlükəsizliyi sisteminin formalaşdırılması hədəflənir. Agentliyin fəaliyyətə başlaması bu sahədə idarəetmənin səmərəliliyini və optimallığını təmin edəcək, pərakəndəliyi və təkrarlanmaları aradan qaldıracaq. Qida təhlükəsizliyi ilə bağlı vahid idarəetmənin tətbiqi resurslara qənaət edilməsinə, istehlakçı maraqlarının qorunmasına, ixrac və idxal proseslərində sənədləşmənin asanlaşmasına, xarici ölkələrə ixrac edilən qida məhsullarının qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsinə, idxal olunan qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə, sahibkarlıq subyektlərində yoxlamaların azaldılmasına və şəffaflaşdırılmasına, genetik modifikasiya olunmuş qida məhsullarının ölkəyə idxalına nəzərətin gücləndirilməsinə səbəb olacaq.
Bununla həm də Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin qida təhlükəsizliyinə nəzarət sahəsində müxtəlif orqanların fəaliyyətindəki paralelliyin aradan qaldırılması və effektiv tənzimləmə sisteminin qurulması ilə bağlı tədbirin icrası təmin olunacaq.
Ümumiyyətlə bütün maraqlı tərəflərin iştirakçılığına və riskəsaslı yanaşmaya əsaslanan qida təhlükəsizliyi sisteminin yaradılması ilk növbədə Azərbaycan vətəndaşlarının keyfiyyətli qida məhsulları ilə təminatına xidmət edəcəkdir.
Qeyd edək ki, Prezidentin Fərmanı ilə həm də “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin strukturu” təsdiqlənib. Agentliyin Aparatının işçilərinin say həddi 75 ştat vahidi müəyyən edilib.
Eyni zamanda Prezidentin Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu yaradılacaq. Bu institut qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların aparılması, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsinin həyata keçirilməsi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrinin hazırlanması və digər müvafiq fəaliyyətləri həyata keçirəcək.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətə başlaması gələcəkdə ölkənin beynəlxalq reytinqlərdə irəliləməsinə də öz töhfəsini vermiş olacaqdır. Belə ki, Agentliyin fəaliyyəti ölkənin Qlobal Rəqabətlilik İndeksində “İnstitutlar”, “Səhiyyə və ibtidai təhsil”, “Əmtəə bazarının effektivliyi” adlı alt indikatorları üzrə pozisiyalarının yaxşılaşdırılmasına birbaşa və dolayı təsir edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
6 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi















.jpg)






