Yaxın Şərqdə tarazlıq pozulur - AĞLAGƏLMƏZ İTTİFAQ
Səudiyyə Ərəbistanında 4 Noyabrdan bəri davam edən korrupsiya əməliyyatına paralel olaraq, İran və Livana qarşı sərt bəyanatlar və nəhayət,ötən gün Səudiyyənin vətəndaşlarını Livanı təcili tərk etməyə çağırması, Yaxın Şərqdə yeni bir qruplaşmanın da xəbərçisi ola bilər.
"Marja" xəbər verir ki, İranın İraq, Suriya və Livanda artan nüfuzuna qarşı Səudiyyə Ərəbistanının İsrail ilə bir ittifaq qura biləcəyi artıq yüksək səslə dilə gətirilməyə başlanıb.
İsraildə Baş nazir Binyamin Netanyahunun kabinetində Təhsil Nazirliyi vəzifəsini icra edən ifrat sağçı "Habayit Hayehudi" partiyasının lideri Naftali Bennett, "İsrailin 2 hədəfi var: İranın bölgədə hakim mövqeyə gəlməsini əngəlləmək və regiondakı ağlabatan oyunçularla İsrailin içində olduğu ittifaqlar qurmaq" deyib.
Bennett, çıxışında Səudiyyə Ərəbistanının adını çəkməyib. Ancaq ölkənin qəzetləri İrana qarşı bir İsrail- Səudiyyə Ərəbistanı ittifaqı ehtimalının artdığı fikirindədir. "Jerusalem Post" Qəzetində yer alan bir yazıda keçmiş Müdafiə Naziri Moshe Yaalonun "İsrail ilə Sünni Ərəb ölkələrinin İranın nüvə təhdidinə qarşı birləşə biləcəyi" istiqamətindəki iddiası xatırladılıb və "İsrail və Səudiyyə Ərəbistanı yeni müttəfiqlər ola bilər" deyilib.
İQTİSADİ YAXINLAŞMA
Bir-birini diplomatik olaraq tanımayan Səudiyyə Ərəbistanı ilə İsrail arasındakı yaxınlaşma, ABŞ Prezidenti Donald Trumpın may ayında bu iki ölkəyə etdiyi art arda ziyarətlərlə başlayıb. ABŞ Prezidenti Donald Trump, 20 Mayda səfər etdiyi Ər-Riyaddan hərəkət edərək İsrailə uçan ilk prezident oldu. İsrail Baş Naziri Benyamin Netanyahu da buna toxunaraq, "Ümid edirəm ki, bir gün İsrailin baş naziri, Təl-Əvivdən Ər-Riyada uça biləcəkdir" ifadəsini işlətmişdi. İyun ayında İngitərənin "The Times" Qəzeti, İsrail ilə Səudiyyə Ərəbistanı arasında birbaşa təyyarə reyslərinin açılmasını, o cümlədən bir sıra iqtisadi layihələri gizlincə müzakirə başladığını irəli sürmüşdü.
İSRAİLİN "MURDAR İŞİ"
İsrail mətbuatı, Təl-Əvivlə ittifaq yaratmaqda məqsədin, Livanın hərbi və siyasi olaraq ən güclü qrupu olan İran dəstəkli "Hizbullah" təşkilatına qarşı əməliyyat keçirmək olduğunu da irəli sürür. "Haaretzte" qəzeti əvvəlki gün nəşr olunan Amos Harel imzalı təhlildə, "Sünni Krallıq (Səudiyyə Ərəbistanı) döyüş məkanını Suriyadan Livana köçürmək istəyir. Ərəbistan, İrana qarşı yeni bir cəbhə açır və İsraildən öz "murdar işini" görməsini istəyir"- şərhi edilib. Son aylarda Livan sərhədinə yaxın genişmiqyaslı təlimlər keçirən İsrailin "Hizbullaha" qarşı 2006-dan sonra yeni bir müharibə hazırlığı içində olduğu irəli sürülmüşdü.
ƏR-RİYAD İSRAİLİN HİZBULLAHI VURMASINI İSTƏYİR
Livanda "Hizbullah" təşkilatının lideri Həsən Nasrallah, Livanın Baş naziri Saad Haririnin istefası və Səudiyyə Ərəbistanının təzyiqləri haqqında sərt bəyanat verib. Hariri Səudiyyə Ərəbistanının təzyiqi ilə istefa verdiyini və bu ölkədə ev həbsində tutulduğunu irəli sürən Nasrallah "Səudiyyə Livan siyasətinə daha əvvəl görülməmiş şəkildə müdaxilə edir. Livanlılara, öz fikirlərinə uyğun yeni baş nazir təlqin etməyə çalışırlar" deyə bildirib. Haririnin Səudiyyə Ərəbistandan çıxışının qadağan olduğunu irəli sürən Nasrallah, Səudiyyə rəhbərliyinin İsraili "Hizbullaha" qarşı müharibə başlamağa məcbur etdiyini də iddia edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
6 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir














.jpg)










